İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq?

İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq?
22.07.2026 10:27 Cəmiyyət

Azərbaycanda beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyevin təsdiq etdiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planına əsasən, ölkədə çevik iş vaxtı rejimi modellərinin yaradılması və bununla bağlı normativ hüquqi akt layihələrinin hazırlanması nəzərdə tutulur.

Bəs çevik iş vaxtı rejimi nədir, hansı üstünlükləri var və bu model əməkhaqqına necə təsir edə bilər?

TodayPress TV xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, çevik iş vaxtı rejimi işçinin gündəlik işə başlama və bitirmə saatlarının müəyyən çərçivədə dəyişdirilməsinə imkan verən əmək təşkilatı modelidir: "Bu sistemdə əsas şərt odur ki, işçi qanunvericiliklə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş ümumi iş saatını tamamlasın. Məsələn, işçi bir gün saat 08:00-da, digər gün isə 10:00-da işə başlaya bilər, lakin nəzərdə tutulan iş vaxtını tam işləməlidir".


İqtisadçı qeyd edir ki, bu modelin əsas üstünlüklərindən biri işçi üçün vaxtın daha səmərəli planlaşdırılmasına şərait yaratmasıdır: "Nəqliyyat sıxlığından yayınmaq, ailə və şəxsi işlərlə peşə fəaliyyətini daha rahat uzlaşdırmaq, stressi azaltmaq və iş məhsuldarlığını artırmaq baxımından müsbət təsirləri ola bilər. İşəgötürənlər üçün isə iş prosesinin daha çevik təşkili və əmək məhsuldarlığının yüksəlməsi kimi üstünlüklər yarada bilər".

Maaş məsələsinə gəldikdə isə ekspert bildirib ki, çevik iş vaxtı rejimi özü-özlüyündə əməkhaqqının azalması və ya artırılması demək deyil: "Əgər işçi əmək müqaviləsində nəzərdə tutulan iş vaxtını tam yerinə yetirirsə və əmək funksiyalarını icra edirsə, onun əməkhaqqı əvvəlki qaydada ödənilməlidir. Əməkhaqqında dəyişiklik yalnız tərəflərin razılığı ilə əmək müqaviləsinə edilən dəyişikliklər və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslar olduqda mümkündür.

Bununla yanaşı, çevik iş vaxtı rejiminin tətbiqi hər sahədə mümkün olmaya bilər. Xüsusilə istehsalat, xidmət, səhiyyə, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən müəssisələrdə işin xarakterindən asılı olaraq bu model məhdud şəkildə və ya ümumiyyətlə tətbiq edilməyə bilər. Daha çox ofis işi və məsafədən icrası mümkün olan peşələrdə bu rejimin tətbiqi real görünür".

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Trampdan sürpriz təklif: İnfantino BMT-nin Baş katibi ola bilər? 10:02 Yaxın Şərqdə böyük qarşıdurma davam edir: ABŞ İranın ən strateji obyektlərini belə vurdu - VİDEO 09:54 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 09:45 Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlişə keçdi 09:30 Azərbaycan mədəniyyətinə ağır itki - VİDEO 09:19 Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO 09:13 Əhaliyə XƏBƏRDARLIQ! Saat 08:00-dan etibarən… 21:40 Çin Hərbi Hava Qüvvələri yeni taktika tətbiq edir 01:52 Yasamal sakinlərinə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 01:08 11 gün yatmadan, yemədən uçdu: Alimləri heyrətləndirən quşun sirri 00:59 Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı 22:41 Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır 22:24 İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 Bütün Xəbərlər