İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq
İran ABŞ-ın İordaniya və Bəhreyndə yerləşən hərbi aviabazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" İran Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İordaniyanın Əzraq şəhərində yerləşən Muvaffaq Salti aviabazasında ABŞ hərbçilərinin yaşayış və xidmət binaları, eləcə də hərbi texnika anbarları hədəfə alınıb.
Məlumata görə, Bəhreyndə yerləşən İsa aviabazasında isə ABŞ ordusuna məxsus texnika anbarları, aviasiya anqarları və ağır hərbi aviasiyanın texniki xidmət və təmir obyektlərinə zərbələr endirilib.
Qeyd edək ki, İran ordusunun Baş komandanı Əmir Hatemi ordunun Hərbi Hava Qüvvələrinin dünyada çox mühüm bir işə imza atdığını açıqlayıb.
General bildirib ki, "F-5" təyyarəsi bir missiya çərçivəsində "Patriot" sistemlərinin, "F-15" və "F-16" təyyarələrinin olduğu bazanı bombalayıb və sağ-salamat geri qayıdıb.
Nicat Osmanlı