Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI

Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI
22.07.2026 12:54 Cəmiyyət

Azərbaycanda əmək bazarında maaş fərqləri iqtisadi fəaliyyət sahələrindən asılı olaraq ciddi şəkildə dəyişir.

TodayPress TV "Bakupost"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə orta aylıq nominal əməkhaqqı 1 175 manat olsa da, bəzi sektorlarda bu göstərici orta maaşı iki, hətta üç dəfə üstələyir.

Ən yüksək əməkhaqqı ödənilən sahələrin siyahısına mədənçıxarma sənayesi başçılıq edir.

Bu sektorda çalışanların orta aylıq əməkhaqqı 4 405,7 manat təşkil edir. Qeyri-dövlət sektorunda isə maaş daha yüksək – 5 289,4 manat, dövlət müəssisələrində isə 2 555,6 manatdır.

İkinci yerdə maliyyə və sığorta fəaliyyəti qərarlaşıb. Bu sahədə orta aylıq əməkhaqqı 3 185,9 manatdır. Dövlət sektorunda çalışanların orta maaşı 4 797,3 manat, özəl sektorda isə 2 824,1 manat təşkil edir.

İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. İKT sahəsində orta əməkhaqqı 2 133,6 manatdır. Özəl sektorda bu göstərici 2 268,7 manat, dövlət sektorunda isə 1 916 manat təşkil edir.

Yüksək maaş verilən sahələr sırasında peşə, elmi və texniki fəaliyyət də yer alır. Burada orta aylıq əməkhaqqı 1 949,9 manat, özəl sektorda isə 2 379 manat səviyyəsindədir. Hüquq, mühəndislik, konsaltinq və elmi-tədqiqat istiqamətləri bu kateqoriyaya daxildir.

Beşinci pillədə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsi qərarlaşıb. Orta əməkhaqqı 1 734,7 manat təşkil edir. Ardınca nəqliyyat və anbar təsərrüfatı gəlir. Bu sahədə orta maaş 1 570,7 manatdır.

Ən yüksək əməkhaqqı olan sahələr belədir:

Sıra İqtisadi fəaliyyət sahəsi Orta aylıq əməkhaqqı (manat)

1 Mədənçıxarma sənayesi - 4 405,7

2 Maliyyə və sığorta fəaliyyəti - 3 185,9

3 İnformasiya və rabitə - 2 133,6

4 Peşə, elmi və texniki fəaliyyət -1 949,9

5 Dövlət idarəetməsi və müdafiə - 1 734,7

6 Nəqliyyat və anbar təsərrüfatı -1 570,7

7 Digər sahələrdə xidmətlərin göstərilməsi - 1 439,6

8 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1 395,7

9 Tikinti - 1 244,9

10 Elektrik enerjisi, qaz və buxar təchizatı - 1 150,4

Qeyd edək ki, ən aşağı orta aylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb – 749,7 manat. Bundan başqa, ticarət, turizm və ictimai iaşə, su təchizatı, inzibati xidmətlər və təhsil sahələrində də orta əməkhaqqı ölkə göstəricisindən aşağıdır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Bütün Xəbərlər