Qazaxıstanda struktur dəyişikliyi: Nə baş verir?

Qazaxıstanda struktur dəyişikliyi: Nə baş verir?
10.09.2025 09:41 Təhlil

“Doğrusu, Qazaxıstan prezidentinin təklif etdiyi dəyişikliklər paketində “demokratik islahatların ləğvi” ilə bağlı hər hansı cəhdin olduğunu müşahidə etmirəm”.

Bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, təklif olunan tam proporsional seçki sisteminə keçid, bir qayda olaraq, çoxpartiyalı sistemin inkişafına xidmət edən təşəbbüs kimi dəyərləndirilir:

“İkipalatalı parlament sisteminin ləğvinə gəldikdə isə, Qazaxıstan prezidentinin bu təşəbbüsünün, ilk növbədə ölkənin unitar dövlət quruluşu ilə bağlı olduğunu düşünürəm. İkipalatalı parlamentlər əsasən federativ, konfederativ dövlət quruluşlarına xas olan qanunvericilik orqanlarıdır. Təbii ki, başqa nümunələr də var. Şübhəsiz ki, Qazaxıstanın təkpalatalı parlament sisteminə keçidinin bir deyil, bir neçə strateji və siyasi səbəbləri var”,- deyə o bildirib.

“Birpalatalı sistemdə qərarlar daha sürətli qəbul olunur”.

Deputatın fikrincə, ikipalatalı sistemdə qanun layihələri həm aşağı, həm yuxarı palatada müzakirədən keçir.

“Qeyd edim ki, ikipalatalı sistemdə qanun layihələri həm aşağı, həm yuxarı palatada müzakirədən keçir. Bu isə qanunvericilik prosesini uzadır. Birpalatalı sistemdə qərarlar daha sürətli qəbul olunur, bu da siyasi sabitliyin qorunması və sürətli islahatlar üçün əlverişlidir. Qazaxıstan kimi inkişaf etməkdə və iqtisadi modernizasiya dövründə olan ölkə üçün bu sürət vacib amildir. Birpalatalı sistem mərkəzləşdirilmiş qərar qəbulunu asanlaşdırır və prezidentin strateji siyasətini daha rahat həyata keçirməsinə imkan verir. Digər tərəfdən, ikipalatalı sistemi saxlamaq dövlət büdcəsinə əlavə yük gətirir. Birpalatalı sistem xərclərin optimallaşdırılmasına və idarəetmənin sadələşdirilməsinə imkan yaradır".

“İkipalatalı sistemdə Senat daha çox “məsləhətçi” rolunu oynayır”.

“Qazaxıstanda son illərdə siyasi islahatlar, prezidentin səlahiyyətlərinin balanslaşdırılması və parlamentin effektivliyinin artırılması prioritetdir. İkipalatalı sistemdə Senat daha çox “məsləhətçi” rolunu oynayır və əsl siyasi dinamikanı təmin etməyə bilər. Birpalatalı sistem, əgər düzgün qurularsa, hökumət və parlament arasında daha aydın məsuliyyət bölgüsü təmin edir. Bu baxımdan, Qazaxıstanın birpalatalı sistemə keçmək istəyi qanunvericilik prosesinin sürətləndirilməsi, mərkəzləşdirmənin artırılması, bürokratik xərclərin azaldılması və parlamentin effektivliyinin yüksəldilməsi məqsədini güdür. Bununla yanaşı, bu addım həm də prezidentin institusional gücünü balanslaşdırmaq və siyasi idarəetməni sadələşdirmək məqsədilə atıla bilər”, - deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Tokayev demokratik islahatların ləğvi, qeyri-partiya namizədlərinin imtina edilməsi və Senatın da ləğvi daxil olmaqla, ciddi struktur dəyişikliklərini təqdim edib. Bu, siyasi arenada birmənalı qarşılanmayıb. Belə ki, məlum proseslər siyasətdə geriləmək kimi də qiymətləndirilir. İslahatlarda təqdim olunan bir sıra struktur dəyişiklikləri var. Onlara qeyri-partiya, yəni müstəqil namizədlərin seçkilərə qatılmasının və senatın ləğvi, o cümlədən iki palatadan ibarət parlament sistemindən çıxaraq təkpalatalı parlament sisteminə keçid kimi məsələlər daxildir.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər