Danışıqların PƏRDƏARXASI: Ərdoğanın sülh təklifi niyə cavabsız qalır?

Danışıqların PƏRDƏARXASI: Ərdoğanın sülh təklifi niyə cavabsız qalır?
15.12.2025 18:13 Təhlil

Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ankara Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib.

Eləcə də Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Türkiyənin istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu deyib. Lakin Ərdoğanın təklifinə real cavab hələ də gəlməyib.

Bəs Rusiya və Ukrayna tərəfindən Ərdoğana konkret reaksiyanın verilməməsi hansı səbəblərdən qaynaqlanır? Ərdoğanın təklifinə müsbət reaksiya gələrsə, savaş hansı istiqamətdə sonlana bilər?

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Rusiya–Ukrayna müharibəsinin gedişi və mümkün sülh danışıqları ilə bağlı vəziyyəti TodayPress TV-yə şərh edərkən bildirib ki, hazırda müharibənin başa çatdırılması üçün qlobal müstəvidə intensiv danışıqlar aparılır və bu proses demək olar ki, son mərhələyə daxil olub:


“Əsas məqsəd Ukraynanı Rusiyanın müvafiq şərtləri – NATO üzvlüyündən imtina, ərazi güzəştləri və digər tələblər – çərçivəsində “sülhə” vadar etməkdir. Kollektiv Qərb Ukraynanın əsas hərbi-siyasi və iqtisadi dəstəkçiləri olmaqla yanaşı, Rusiyaya qarşı qlobal təzyiqlərin də başlıca təşkilatçısıdır. Bu səbəbdən müharibəni bitirmək istiqamətində Ukraynaya real təzyiq göstərə biləcək əsas güclər də məhz onlardır. Elə buna görə də Rusiya danışıqlar üçün hazırda Qərbə, xüsusilə rəsmi Vaşinqtona yönəlib”.

Ekspert vurğulayıb ki, Türkiyənin prosesdə xüsusi rolu var və bu onun həm geosiyasi mövqeyi, həm də balanslı xarici siyasəti ilə bağlıdır:


“Türkiyə hər iki dövlətlə qonşu olan, balanslı siyasət yürüdən və Qara dəniz regionunda sülh və sabitliyin bərpasında maraqlı ölkə kimi tərəflərin danışıqlar üçün üz tutduğu əsas platformalardan biridir. Cənab Ərdoğan dəfələrlə “sülh sammitinə” ev sahibliyi edə biləcəyini bəyan edib və bu təklif qlobal güclər tərəfindən də müsbət qarşılanıb. Lakin sülhə vadar edən strateji vəziyyət hələ yetişmədiyi üçün may ayında İstanbulda planlaşdırılan danışıqlara müvafiq dövlət başçıları qatılmadı”.

Şəhla Cəlilzadənin sözlərinə görə, tərəflərin sülhlə bağlı mövqeləri hazırda bir-birinə tam ziddir və bu da danışıqların çətinliyini artırır:

“Sülhlə bağlı Rusiya və Ukraynanın mövqeləri kəskin şəkildə fərqlidir. Buna görə də tərəflər ziddiyyətli mövqeləri bir-birinə yaxınlaşdıra biləcək platformalara üstünlük verməyə çalışırlar. Hazırda isə Ukraynaya təzyiqləri maksimum həddə çatdıran və danışıqların aparıcısı rolunda çıxış edən əsas ölkə ABŞ-dir”.

Analitik xatırladıb ki, müharibənin ilk mərhələsində Rusiya və Ukrayna arasında ilkin rəsmi təmasların məhz Türkiyənin vasitəçiliyi ilə baş tutması təsadüfi deyildi:

“Hələ müharibənin başlanğıcında Rusiya və Ukrayna arasında ilkin rəsmi təmaslar Türkiyənin vasitəçiliyi ilə həyata keçirilmişdi və bu proses tarixi ‘taxıl sazişi’nin əldə olunması ilə nəticələndi. Daha sonra əsir mübadiləsinə dair razılaşmalar da Türkiyənin vasitəçiliyi ilə əldə olundu. Putin və Trampın Alyaska görüşünün razılaşdırılması, yəni bugünkü reallıqları formalaşdıran danışıqlar da mahiyyət etibarilə İstanbul prosesinin davamı kimi qiymətləndirilə bilər”.

Ekspert əlavə edib ki, Türkiyə balanslı və sülhməramlı mövqeyini hətta gərgin situasiyalarda da qorumağa çalışır:


“Qara dənizdə maneəsiz hərəkətin təmin olunmasına fokuslanan sonuncu Putin–Ərdoğan görüşündən sonra Türkiyə gəmisi Rusiya hərbi qüvvələri tərəfindən vurulsa da, AKP millət vəkili və digər rəsmi şəxslər məsələyə neytral mövqedən yanaşaraq, daha öncə Ukrayna hərbi qüvvələri tərəfindən də Türkiyə gəmisinin vurulduğunu xatırlatdılar. Eyni zamanda, həmin görüş zamanı Ərdoğan Rusiya ilə həmrəylik nümayiş etdirərək Rusiya aktivlərinin dondurulmasına qarşı mövqe sərgilədi və bunu beynəlxalq hüquqa zidd adlandırdı”.

Şəhla Cəlilzadə qeyd edib ki, Türkiyə rəhbərliyi də Ukraynanın müəyyən güzəştlərə gedərək sülhə razılaşmasını zəruri hesab edir:

“ABŞ Prezidenti kimi, Ərdoğan da Ukraynanı müvafiq güzəştlərə gedərək sülhə və atəşkəsə çağırıb. Beləliklə, son akkordların hansı siyasi məkanda əldə olunmasından asılı olmayaraq, bütün qlobal təşəbbüslər müharibənin sonunu yaxınlaşdırmağa xidmət edir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər