Rusiya və Ermənistan arasında Qarabağ məsələsi – Moskva niyə köhnə mövzuya qayıdır?

Rusiya və Ermənistan arasında Qarabağ məsələsi – Moskva niyə köhnə mövzuya qayıdır?
07.04.2026 15:21 Təhlil

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilən görüş zamanı, həmçinin ondan sonrakı günlərdə Rusiya rəsmiləri tərəfindən ictimai müzakirələrdə birbaşa Azərbaycanın daxili işlərinə aid olan məsələlərə toxunulub. 


Bununla bağlı, Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiya üçün istifadə edilməsinin yolverilməzliyi barədə mövqeyi və bu növ hərəkətlərin dayandırılmasına dair gözləntiləri diplomatik kanallar vasitəsilə Rusiya Prezident Administrasiyasına, Hökumətinə və Xarici İşlər Nazirliyinə çatdırılıb. 

Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda qalmaqda davam edir. Xüsusilə, aprelin 5-i Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"yə müsahibəsində Ermənistan-Rusiya münasibətləri barədə mövqeyini ifadə edərkən, Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması məsələsini yenidən şərh edib. 

Maraqlıdır, Rusiya niyə Qarabağ məsələsini bu qədər gündəmə gətirir? 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli TodayPress TV-yə danışarkən bildirib ki, Putin-Paşinyan görüşü rəsmi görüntüdən fərqli olaraq, arxasında gizli razılaşmaların dayandığını göstərir.  


Analitik vurğulayıb ki, Moskvada keçirilən görüş müxtəlif aspektlərdən şərh olunsa da, bəzi hallarda arzular reallıq kimi təqdim olunur. Şərhçinin sözlərinə görə, görüşün rəsmi Kremlin siyasi ruhuna tam uyğun görünməməsi onun arxasında müəyyən gizli məqamların ola biləcəyini deməyə əsas verir: 

“Bir çoxları bu görüşü Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi kimi qiymətləndirir və iyunda keçiriləcək parlament seçkiləri fonunda Rusiyanın Paşinyana qarşı açıq mübarizəyə başlaya biləcəyi ilə bağlı fikirlər səslənir. Hətta seçkilər ərəfəsində təxribat ehtimalları da istisna olunmur, lakin tarixən iki ölkə arasında münasibətlərdə ciddi anlaşılmazlıqların müşahidə olunmadığını da nəzərə almaq lazımdır”. 

Ekspert bildirib ki, aprelin 1-də Kremldə baş tutan Putin-Paşinyan görüşü əvvəlcədən planlaşdırılmış ssenarini xatırladır və böyük ehtimalla əsas məsələlər üzrə ilkin razılaşmalar daha əvvəl əldə olunub. Onun sözlərinə görə, zaman keçdikcə bu məqamlar daha aydın şəkildə üzə çıxacaq. 

M. Rəhimli vurğulayıb ki, bu razılaşmalardan biri bağlı qapılar arxasında Azərbaycana qarşı ortaq mövqenin formalaşdırılması ilə bağlı ola bilər. Onun fikrincə, son dövrlərdə Rusiyada anti-Azərbaycan mövqelərinin güclənməsi də bu ehtimalları artırır. 


Politoloq qeyd edib ki, Paşinyan və Putin arasında dialoqda Azərbaycanın Qarabağ bölgəsinin müzakirə mövzusuna çevrilməsi diqqət çəkir. Baxmayaraq ki, tərəflər arasında maraqların toqquşduğu başqa sahələr də mövcuddur. Analitikin fikrincə, yaxın dövrdə baş verəcək hadisələr Rusiya–Ermənistan münasibətlərinin və mümkün razılaşmaların detalları barədə daha aydın təsəvvür formalaşdıracaq. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər