Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...

Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...
22.06.2026 14:43 Təhlil

Ukrayna dronlarının Moskva, Sankt-Peterburq və Krımın strateji yanacaq mərkəzlərinə ardıcıl zərbələr endirdiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putin daxildəki hərbi-logistik böhranı görməzlikdən gələrək beynəlxalq forumlar seriyasını davam etdirir. Bəs  bununla Putinin dünyaya mesajı nədir?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, Putin heç nə olmamış kimi, ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir.


Halbuki, işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil:

"Növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib. Bu dəfə Rusiyada ASEAN sammiti (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən, Ukrayna dronları Moskvda yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb. Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunan Krımın yanacaq böhranı ilə üzləşməsini görməzlikdən gəlir". 

Analitik qeyd edib ki,  Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb. 

Ekspert düşünür ki, Sankt-Peterburqda və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir:

"Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib".  

Politoloq vurğulayıb ki, Kazandakı sammit Pekinin diqqətini çəkib:

"Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub".

Onun sözlərinə görə, münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın sularda mobil platformalar yerləşdirməsidir: "Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır". 

Elxan Şahinoğlunun  fikrincə, Rusiya liderinin  Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər:

"Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik 17:18 SSRİ o qədər böyük və palçıqlı idi ki, alman ordusu sadəcə işğal etməkdən bezdi – 1941-ci ilin hərbi kampaniyası 17:05 Prezident: Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır 17:08 Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 All News