26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək

26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək
14.08.2026 09:28 İdman

Polşalı tennisçi İqa Şvyöntek WTA-1000 seriyalı turnirlərdə daha bir rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, Şvyöntek bu kateqoriyaya daxil olan turnirlərin finallarında əvvəllər WTA-1000 yarışlarında çempion olmuş rəqiblər üzərində 9-cu qələbəsini qazanıb. 

Bununla da o, bu göstəricidə belaruslu Arina Sobolenkonu geridə qoyaraq rekordun yeganə sahibi olub. Sobolenkonun hesabında 8 belə qələbə var.

Məlumata görə, bu statistika WTA-1000 formatının tətbiq olunduğu 2009-cu ildən hesablanır.

Şvyöntek Toronto turnirinin finalında Qazaxıstanı təmsil edən Yelena Rıbakina ilə qarşılaşıb. Polşalı tennisçi rəqibinə 6:2, 6:3 hesabı ilə qalib gəlib.

Polşalı tennisçi İqa Şvyöntek Torontoda keçirilən turnirdə qazandığı qələbəni ədalətsiz tənqid və nifrətlə üzləşən insanlara həsr etdiyini bildirib:

“Bu titulu ədalətsiz tənqid və nifrətlə üzləşən hər kəsə həsr etmək istəyirəm. Sadəcə, irəliləməyə və inkişaf etməyə davam edin. Özünüzə fokuslanın. Sizin üçün nəyin daha yaxşı olduğunu bilirsiniz. Qarşıda sizi nələrin gözlədiyini və nələrə nail ola biləcəyinizi həmişə xatırlayın”.

Qeyd edək ki, bu titul Şvyöntekin karyerasında 26-cı olub. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Qasperinidən Fofana təkidi: “Roma” transfer üçün hərəkətə keçdi! 09:56 İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar” 09:53 Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək! 09:48 Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır 09:43 Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək 09:31 26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək 09:28 ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər 08:56 Mourinyonun “Real”da uğur şansı dəyərləndirildi 09:06 Bakının bu ərazilərində işıqlar sönəcək – Saatlar açıqlandı 08:51 Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq” 08:34 Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Bütün Xəbərlər