Pul müqabilində ərazi: Zelenski bu dəfə Donetski verir?

Pul müqabilində ərazi: Zelenski bu dəfə Donetski verir?
23.01.2026 16:44 Təhlil

“Ukraynanın maliyyə yardımı qarşılığında torpaqlardan imtina etməsi ehtimalı hazırkı mərhələdə son dərəcə aşağıdır”.

Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə şərh edərkən bildirib.


O vurğulayıb ki, Qərb mediasında Ukraynanın 800 milyard dollarlıq maliyyə yardımı və təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina edə biləcəyi ilə bağlı yayılan məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Onun sözlərinə görə, mövcud geosiyasi reallıq və Kiyevin indiyədək apardığı rəsmi siyasət bu ssenarinin mümkünlüyünü demək olar ki, istisna edir.

“Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş Donbas və Krım əraziləri ilə bağlı hər hansı kompromisə getməyəcəyini dəfələrlə açıq şəkildə bəyan edib və bu cür qərarların onun səlahiyyətində olmadığını da qeyd edib. Ukrayna hökuməti, parlamenti və hətta müxalifət bu əraziləri ölkənin milli suverenliyinin ayrılmaz hissəsi kimi qəbul edir”, - deyə siyasi şərhçi bildirib.

Onun fikrincə, rəsmi çərçivədə “pul müqabilində torpaq vermək” siyasi olaraq da ciddi narazılıq doğura bilər.

Analitikin sözlərinə görə, ABŞ və Avropa İttifaqı indiyədək Ukraynaya böyük həcmdə dəstək versə də, bu səviyyədə paket yalnız Ukraynanın təbii sərvətlərinin uzunmüddətli istismarı və gəlirlərin illər ərzində ötürülməsi şəraitində mümkün ola bilər.

“Bu tip informasiyaların dövriyyəyə buraxılması daha çox Ukraynanın mövqeyini yoxlamaq məqsədi daşıyır, lakin Zelenskinin torpaqlardan imtina etməsi ehtimalı olduqca aşağıdır”, - deyə Bağırzadə fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukraynanın danışıqlar qrupunun Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə gələcək sülh müqaviləsinin əsasını təşkil edəcəyi planlaşdırılan dörd sənədin təqdim edilməsi gözlənilir. Onlardan biri Ukrayna qoşunlarının Donetsk bölgəsindən tamamilə çıxarılması müqabilində 800 milyard dollarlıq maliyyələşdirmə proqramı ilə bağlı olan sənəddir.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 All News