Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi

Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi
16.06.2026 16:55 Cəmiyyət

Azərbaycanda iş saatlarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Deputat Vüqar Bayramov bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

Onun sözlərinə görə, proqram çərçivəsində bu mexanizmin məhz 2026-cı ildə tətbiqi planlaşdırılır.

“Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq",-deyə millət vəkili qeyd edib.

Maraqlıdır, işə başlama saatlarının fərqləndirilməsi doğrudanmı şəhərdə nəqliyyat yüklənməsini azalda bilər? Bu dəyişiklik daha çox hansı sahələrdə effektiv nəticə verəcək?

TodayPress TV xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Bakupost.az -a bildirib ki, Azərbaycanın əmək bazarına baxdıqda vəziyyət bir qədər mürəkkəb görünür:

“Ölkəmizdə muzdla çalışanların təxminən yarısı dövlət sektorundadır. Məsələn, 880 minə yaxın insan dövlət və büdcə sektorunda çalışır. Bura daha çox müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət şirkətlərinin işçiləri daxildir. Onların iş qrafikinin dəyişdirilməsi o qədər də asan məsələ deyil. Məsələn, müəllimlərin iş saatlarını necə dəyişmək olar? Bunun üçün məktəblərin də iş rejimi dəyişməlidir. Məktəblərdə sinif otaqları kifayət qədər olmalıdır ki, dərslər 8, 9 və ya 11-də başlaya bilsin.

Amma belə bir dəyişiklik olsa, aşağı yaş qruplarında uşaqları məktəbə valideynlər necə aparacaq? Bu halda valideynlərin də iş qrafiki həmin rejimə uyğunlaşdırılmalıdır. Yəni bu, o qədər də asan həll olunan məsələ deyil.

Tıxac probleminin həlli təkcə bu amildən asılı deyil. Bakının əsas problemi həddindən artıq yüklənməsidir. Əsas hədəf Bakının yükünün azaldılması, işğaldan azad olunmuş bölgələrdə yüz minlərlə əhalinin yaşaya biləcəyi şəhərlərin yaradılmasıdır. Məsələn, Xankəndinin yarım milyonluq bir şəhərə çevrilməsi mümkündür. Ümumilikdə isə Bakı üzərindəki yükün azaldılması daha məntiqli yanaşma kimi görünür”.

Müstəqil ekspert Aygün Musayeva isə bildirib ki, Azərbaycanda sürətlə kəndlərin boşalması urbanizasiya prosesinin sürətlənməsinə və şəhər ilə regionlar arasında balansın kəskin şəkildə pozulmasına gətirib çıxarır. Onun sözlərinə görə, qaçqınların əksəriyyətinin Bakıda məskunlaşması, turist axını, bütün inzibati binaların burada yerləşməsi Bakının əhali yükünü artırıb və şəhərin normadan 2-3 dəfə artıq yüklənməsinə səbəb olub:

“Bu fonda boş torpaq sahələrinin azalması göstərir ki, mövcud yol infrastrukturu gələcək artıma tab gətirə bilməyəcək.

Bəzi qurumlar var ki, onların səhər 8-9-da fəaliyyətə başlamasına ehtiyac yoxdur.Bəzi inzibati binalar, ofislər, əhaliyə xidmət göstərməyən elmi-tədqiqat institutları, agentliklər, müxtəlif komitələr və rayon idarələri buna misaldır. Çünki onların geniş vətəndaş axını yoxdur, əsasən kabinetlərdə məhdud işlə məşğuldurlar.

Məsələn, statistik hesablama aparan qurumlar, elmi-tədqiqat institutları, Əlyazmalar İnstitutu, Elmlər Akademiyasının nəzdində olan müxtəlif müəssisələrdə vətəndaş qəbulu olmur. Bu qurumların hamısının səhər 8-9-da işə başlamasına ehtiyac yoxdur. Notariatlar, bəzi təhsil idarələri, çörəkbişirmə sexləri, metro, marketlər, apteklər, xəstəxanalar kimi xidmət sahələri isə erkən saatlarda işləməlidir. Digər fövqəladə və ya həyati xidmət göstərməyən qurumlar isə saat 10-11-də işə başlayıb 16:00–17:00-da işini başa vura bilər”.

Ekspertin fikrincə, hazırda iş saatının azaldılmasından qorxmaq lazım deyil:

“Çünki elə qurumlar var ki, onların saat 9-dan axşam 5–6-ya kimi işləməsinin ümumiyyətlə əhəmiyyəti yoxdur.

Əksinə, bu yanaşmanın iqtisadi və ekoloji faydaları var. Enerji sərfiyyatı azalır, xərclərə qənaət olunur, şəhərin ümumi yüklənməsi azalır, insanların xroniki stress baxımından sağlamlığı və psixi durumu düzəlir. Çünki uzun müddət Bakı kimi sıx şəhərdə tıxacda işə gedib çıxmaq həmin o idarələrin əməkdaşlarını da yorur.

Bank sektoru da iki növbəli iş rejiminə keçə bilər. Məsələn, bütün əməkdaşların səhər 9-da işdə olması vacib deyil. Universitetlərin sıx yerləşdiyi ərazilərdə - Elmlər Akademiyası, Sahil, Nəsimi rayonunda növbəli sistem tətbiq oluna bilər. Bir qrup dərsə səhər başlayırsa, digəri günortadan sonra və ya axşama qədər davam edə bilər. Hətta Sovet dövründə bəzi ali məktəblərdə gecə növbələri də mövcud olub”.

A.Musayeva deyir ki, hazırda dünyada aktual olan məsələ “neçə saat çox işlədim” yox, “nə qədər optimal işlədim”dir:

“Yəni bir əməkdaş işə gəlib 10 saat oturub heç nə etməyə bilər. Amma cəmi 4 saat işləyib qat-qat artyıq xeyir də verər”.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Bütün Xəbərlər