İran yenə meydan oxudu: Yeni müharibəyə hazırlıq...

İran yenə meydan oxudu: Yeni müharibəyə hazırlıq...
03.11.2025 16:51 Təhlil

İran ABŞ və İsrailə növbəti dəfə meydan oxuyub. Prezident Məsud Pezeşkian bildirib ki, İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.


“Alimlərimizin şüurundadır, (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq”. 

Pezeşkianın bu çıxışı bir çox ekspertlər tərəfindən “yeni müharibəyə hazırıq” mesajı kimi dəyərləndirilib.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İsrailin İrana iyunun 13-də endirdiyi hava zərbələri və ardınca ABŞ-nin nüvə obyektlərinə hücumu Tehranın hərbi potensialına ciddi zərbə vurub:

 

“İsrailin 12 gün davam edən hərbi əməliyyatları nəticəsində İranın həm nüvə, həm də raket proqramları iflic vəziyyətinə düşdü. Bu müddətdə ölkənin tanınmış nüvə alimləri də sıradan çıxarıldı. Tehran üçün bu, qısa müddətli, lakin ağır nəticələr doğuran müharibə oldu. Əldə olunan zərərin bərpası üçün illərlə vaxt və böyük maliyyə resursları tələb olunacaq”. 

Ekspertin sözlərinə görə, beynəlxalq sanksiyalar şəraitində İranın yeni texnologiyalar və avadanlıqlar əldə etməsi də olduqca çətinləşəcək:  


“Bu həm nüvə, həm də raket proqramlarının bərpasını məhdudlaşdıracaq. Üstəlik, İsrail İrandakı hərəkətləri diqqətlə izləyir və lazım gələrsə, yeni zərbələrin endiriləcəyini gizlətmir. Ağ Ev də aydın şəkildə bildirib ki, İran nüvə təhlükəsi yaratmağa çalışarsa, ABŞ öz müttəfiqi ilə koordinasiyalı şəkildə buna imkan verməyəcək”.

Politoloq əlavə edib ki, zərbələr nəticəsində təkcə hərbi deyil, mülki və strateji obyektlər də ciddi zərər görüb:


“Dağıntıların miqyası böyükdür. İranda yaşayış evləri, infrastruktur və enerji obyektləri də hədəf alınıb. Bunun bərpası həm zaman, həm də vəsait baxımından ölkəyə böyük yük gətirəcək”.

Əli Orucovun qənaətincə, ölkənin beynəlxalq təcridi onun iqtisadi imkanlarını da xeyli daraldıb və bu, yaxın gələcəkdə daha kəskin hiss olunacaq:

“Prezident Məsud Pezeşkian praqmatik siyasətçidir və hazırda İranı böhrandan çıxarmağın yollarını axtarır. Lakin mühafizəkar dairələrin və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dominant rolu fonunda islahatlara nail olmaq, demək olar ki, mümkünsüz görünür. Əgər Tehran region ölkələrinin maraqlarını nəzərə almadan addım atmağa davam etsə, daha da təcrid vəziyyətinə düşəcək. 12 günlük müharibədə heç bir dövlət, hətta Rusiya belə İranı açıq şəkildə dəstəkləmədi”.


Siyasətçi izah edib ki, Tehran üçün əsas nəticə aydındır — ABŞ və İsrailə meydan oxumağın bədəlini artıq ödəyib. İranın nüvə dövləti olmaq və raket proqramlarını inkişaf etdirmək planları reallaşmayacaq. Yeni ssenarilərin təkrarlanmaması üçün Tehran kompromis yolları axtarmağa məcburdur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Bütün Xəbərlər