Paşinyanın Sankt-Peterburq səfəri: Münasibətlər istiləşir?

Paşinyanın Sankt-Peterburq səfəri: Münasibətlər istiləşir?
22.12.2025 15:00 Təhlil

Xəbər verdiyimiz kimi, Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan da iclasda iştirak etmək üçün Rusiyaya səfərə gedib.


Səfərin gündəliyində, həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə görüş də var.

Paşinyanın Rusiyaya səfərini TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Ermənistan son illər Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət çərçivəsində Rusiyadan uzaqlaşmağa çalışsa da, iqtisadi reallıqlar bu kursun tam şəkildə həyata keçirilməsinə imkan vermir:


“Ermənistan Avrasiya İqtisadi Birliyindən ayrıla bilmir. Ölkənin mövcud iqtisadi əlaqələri və imkanları buna şərait yaratmır. Məhz bu səbəbdən Paşinyanın Sankt-Peterburqa səfəri Rusiya ilə strateji müttəfiqlikdən daha çox məcburi tərəfdaşlıq xarakteri daşıyır”.

Ekspert qeyd edib ki, bu vəziyyətin əsas səbəblərindən biri iki ölkə arasında getdikcə dərinləşən etimad böhranıdır:

“Hər iki tərəf bir-birini qarşılıqlı şəkildə ittiham edir. Paşinyan hakimiyyətinin Qərbə yönəlməsi Rusiyada narazılıq yaratdı, Rusiyanın Qarabağ müharibəsi fonunda passiv mövqe sərgiləməsi isə Ermənistan hakimiyyətində ciddi narazılıq doğurdu. Məhz bu amillər münasibətlərin pozulmasına gətirib çıxardı və bu proses hazırda da davam edir”.

Ç.Şahbazi vurğulayıb ki, Paşinyan paralel şəkildə Qərblə əlaqələri genişləndirməyə çalışır:


“Paşinyan ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədə qurmaq üçün ardıcıl addımlar atır. Bununla yanaşı, Rusiya ilə körpüləri tamamilə yandırmır və əlaqələri qorumağa çalışır. Sankt-Peterburqa səfər də məhz bu balans siyasətinin tərkib hissəsidir”.

Politoloqun sözlərinə görə, Ermənistanın Baş naziri Rusiyaya əvvəlki kimi etibar etmir, lakin Moskvanı tam şəkildə tərk etmək niyyətində də deyil:

“Bu, Paşinyanın Qərb və Rusiya arasında balanslaşdırılmış siyasətinin təzahürüdür. Hazırda bu siyasət Rusiyanı da qismən qane edir. Məhz buna görə də Paşinyanın Sankt-Peterburqa səfəri Moskva üçün əhəmiyyətlidir. Bu səfər Rusiyanın “Ermənistan hələ də bizim platformamızdadır” arqumentini gücləndirir”.

Ekspert əlavə edib ki, Rusiya Ermənistanı Qərbin orbitində tam şəkildə itirmək istəmir:


“Bu səbəbdən Paşinyanın Sankt-Peterburqa səfəri Rusiya üçün də önəmlidir. Ancaq görünən odur ki, iki ölkə arasındakı münasibətlər siyasi yaxınlaşma deyil, praqmatik məcburiyyətlər üzərində qurulub”.

Çingiz Şahbazinin fikrincə, bu səfər münasibətlərdəki soyuqluğu aradan qaldırmayacaq:

“Əlaqələr formallıq çərçivəsində davam edəcək. Ermənistanın mərhələli şəkildə Rusiyadan uzaqlaşma siyasəti dəyişməyəcək. Bu səbəbdən də münasibətlərin yenidən istiləşməsi və strateji baxımdan geri dönüş real görünmür”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 All News