Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi

Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi
04.08.2026 11:21 Təhlil

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının aparıcı simalarından olan Ruben Rubinyan son illərdə ölkənin ən sürətlə yüksələn siyasətçilərindən biridir.  Nikol Paşinyanın ən yaxın siyasi müttəfiqlərindən sayılan Rubinyan uzun müddət parlamentin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 2026-cı il avqustun 3-də isə Ermənistan Milli Assambleyasının sədri seçilərək ölkənin siyasi iyerarxiyasında ən yüksək vəzifələrdən birini tutub. 


1990-cı il martın 8-də İrəvanda anadan olan Rubinyan İrəvan Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. Daha sonra Böyük Britaniyanın University College London (UCL) universitetində təhlükəsizlik siyasəti, Polşanın Yagellon Universitetində isə Avropaşünaslıq üzrə magistr təhsili alıb. Onun akademik fəaliyyəti əsasən Avropa inteqrasiyası və Avropa siyasəti mövzularını əhatə edib. 

2018-ci ildə Ermənistanda baş verən "məxməri inqilab"dan sonra Nikol Paşinyanın komandasına qoşulan Rubinyan əvvəlcə xarici işlər nazirinin müavini təyin olunub. Ardınca parlamentə deputat seçilib, Xarici əlaqələr daimi komissiyasına rəhbərlik edib, 2021-ci ildən isə parlament sədrinin müavini vəzifəsində çalışıb.

Həmin ildən etibarən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərən Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə aparılan danışıqlarda İrəvanı təmsil edib. Onun adı Ankara–İrəvan münasibətlərinin normallaşdırılması prosesində əsas fiqurlardan biri kimi çəkilir. 

Rubinyan Paşinyan hakimiyyətinin ən Qərbyönlü siyasətçilərindəndir.  O, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsini və Avropa institutları ilə daha sıx əməkdaşlığı dəstəkləyən mövqeyi ilə tanınır. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Moskvanın siyasətini tənqid edən çıxışları və Ermənistanın Qərblə yaxınlaşmasını müdafiə etməsi onun həm Ermənistan, həm də Rusiya mediasında tez-tez müzakirə olunan siyasətçilərdən birinə çevrilməsinə səbəb olub. Siyasi müşahidəçilər onu Paşinyan komandasının Qərbə inteqrasiya siyasətinin əsas simalarından biri kimi qiymətləndirirlər. 

36 yaşlı siyasətçi erməni dili ilə yanaşı, ingilis və rus dillərini sərbəst bilir. Xaricdə aldığı təhsil və beynəlxalq təşkilatlarla əməkdaşlığı ona diplomatik mühitdə fəallıq göstərmək imkanı yaradıb.

Rubinyan şəxsi həyatını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir. O, evlidir və ailəsi barədə mediaya geniş məlumat vermir. Atası Karapet Rubinyan Ermənistanın tanınmış siyasətçilərindən biridir. O, 1990-cı illərdə Ermənistan Ali Sovetinin sədri və parlament sədrinin müavini vəzifələrində çalışıb, ölkənin müstəqilliyinin ilk illərində siyasi proseslərin fəal iştirakçılarından olub.


Siyasi müşahidəçilərin fikrincə, Ruben Rubinyan xarici siyasət məsələlərində keçmiş sədr Alen Simonyanla müqayisədə daha açıq Qərbyönlü mövqeyi və Rusiyanın region siyasətinə yönəltdiyi sərt tənqidləri və radikallığı ilə seçilir. Bu səbəbdən onun parlament sədri seçilməsi Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma kursunun daha qabarıq şəkildə davam etdiriləcəyi kimi qiymətləndirilir. 

Jalə Rövşən 

PHOTOS

Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi — 1
NEWS FEED
04 AUGUST 2026
İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Rusiya Ermənistan mənşəli minlərlə içkini blokladı 13:14 Sabahın havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:09 Dünya çempionatının ulduzuna xüsusi imtiyaz verildi! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olundu 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Pezeşkiandan istefa açıqlaması: Nə baş verir? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı 12:01 Artıq sürücülərə ehtiyac olmayacaq - Qəza olsa... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Türkiyədə Azərbaycan güləşçilərinin zəfər yürüşü! 11:31 Paşinyan Moskvaya nifrət püskürdən Qərbin "əsas adamı"na yüksək vəzifə verdi 11:21 Ermənistan KTMT-dən çıxarılır? - Bu tarixdə müzakirə olacaq 11:07 All News