Paşinyan ideoloji dönüş edir: Cəmiyyət bunu necə qəbul edəcək?

Paşinyan ideoloji dönüş edir: Cəmiyyət bunu necə qəbul edəcək?
13.10.2025 13:59 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan dördüncü respublikanın üçüncü respublikadan nə ilə fərqlənəcəyini açıqlayıb. Məlum olub ki, orada əksini tapanlar Azərbaycanın maraqlarına cavab verir:


“Dördüncü respublikanın yaradılması məqsəd kimi partiyanın qurultayda qəbul etdiyi bəyannamədə öz əksini tapıb. Çox adam üçüncü və dördüncü respublikalar arasında nə fərq olacağını soruşur. Fərq budur: üçüncü respublika müharibə məntiqinə, dördüncü respublika isə sülh məntiqinə əsaslanır. Üçüncü respublikada konstitusiyanın xalqın iradəsini azad ifadə etməsi və səsvermə yolu ilə qəbul edilməsi böyük şübhələr yaradır, halbuki dördüncü respublikada belə şübhələr olmamalıdır. Üçüncü respublikada xalqın hakimiyyəti nisbi və formal xarakter daşıyır, dördüncü respublikada bu, aydın və mübahisəsiz olmalıdır. Nəhayət, üçüncü respublika Vətən xəyalları, arzulanan Vətən axtarışlarıdır, dördüncü respublikada isə - Ermənistan respublikası bizim arzularımızın Vətənidir və Vətəni axtarmağa ehtiyac yoxdur”.


Paşinyan, əslində, Ermənistana yeni ideoloji-siyasi dəsti-xətt təqdim edir. Bəs Ermənistan cəmiyyəti buna hazırdırmı?

"Ermənistanın Baş naziri həqiqətin qalib gələcəyinə inanır"

Mövzu ilə bağlı TodayPress TV-yə danışan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov qeyd edib ki, Paşinyanın dördüncü respublika haqqında söylədikləri təkcə Azərbaycanla deyil, bütövlükdə region ölkələri ilə bağlı Ermənistanın hazırda apardığı və hakimiyyətdə olduğu müddətdə davam etdirəcəyi siyasətin əsasını təşkil edir.


Bu, Paşinyanın həm daxili, həm də xarici cəbhədə uzunmüddətli mübarizədən sonra gəldiyi nəticədir:

"Paşinyana qədərki respublikaların Ermənistanı uçuruma apardığı hamıya bəlli idi. Həmin siyasəti dəstəkləyən və həyata keçirənlər də bu həqiqəti anlayırdılar. Lakin onlar bu kursdan imtina etməyin yollarını bilmirdilər və ya siyasi xətti dəyişməyin öz hakimiyyətləri üçün təhlükə yaradacağını düşünürdülər. Paşinyan isə həqiqətin nə qədər acı olsa da, sonda qalib gələcəyinə inanır və Ermənistanın xilas yolunu yeni siyasi xətt yürütməkdə görürdü. Bu xətt isə Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq və qonşularla dinc yanaşı yaşamaq siyasətinə əsaslanırdı".

Analitikin qənaətincə, hazırda Paşinyan təkcə bu siyasəti həyata keçirmir, həm də bu istiqamətdə atdığı addımların real nəticələrini görür. Qısa müddətdə əldə etdiyi nailiyyətlər onu yeni kursunu davam etdirməyə sövq edir. Buna görə də Paşinyanın bundan sonra da məhz özünün müəyyənləşdirdiyi siyasəti həyata keçirməkdə israrlı olacağı ehtimal edilir.


Paşinyan artıq uğura daha yaxındır...

"Lakin əsas sual budur: Paşinyanın başladığı bu siyasət erməni xalqı tərəfindən dəstəklənəcəkmi? Burada da Paşinyanın çəkinmədiyi açıq görünür. Birincisi, əgər baş nazir bu qədər həssas məsələni açıq şəkildə dilə gətirirsə, deməli, öz mövqeyinə arxayındır. İkincisi, Paşinyandan əvvəlki prezidentlərin yeritdiyi əks siyasət, nəticə etibarilə, erməni xalqının nifrətini qazanmaqdan başqa bir şey verməyib.

Bu gün erməni xalqı sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan cütlüyünə qarşı duyduğu nifrət qədər heç kimə nifrət etmir. Məhz buna görə də Paşinyanın həyata keçirdiyi yeni siyasi kursun dəstəkçiləri əleyhdarlarından daha çox olacaq. Bütün bu amilləri nəzərə alaraq demək mümkündür ki, Paşinyan öz siyasəti ilə uğur qazanmağa əvvəlkindən daha yaxındır", - deyə Ə.İbrahimov fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Bütün Xəbərlər