NATO üçün "kabus ssenari": Tramp niyə Qrenlandiyanı istəyir? - TƏHLİL

NATO üçün "kabus ssenari": Tramp niyə Qrenlandiyanı istəyir? - TƏHLİL
08.01.2026 14:02 Təhlil

ABŞ Venesuela Prezidenti Nikolas Maduronu həbs etdikdən sonra Donald Tramp administrasiyası Qrenlandiyanı ələ keçirmək ideyasını yenidən gündəmə gətirib. Ağ Ev bunun üçün ABŞ-nin hərbi gücdən istifadəni istisna etməyib. 

Mövzu ilə bağlı siyasi təhlilçi Aqşin Kərimov TodayPress TV-yə açıqlamasında bildirib ki, Donald Tramp və onun administrasiyası Danimarka ərazisi olan Qrenlandiyaya ərazi iddiaları prizmasından yanaşır. 


“Bu, NATO üçün ciddi və çıxılmaz bir dilemmadır. Alyansın lokomitivi olan ABŞ-nin öz gücündən istifadə edərək başqa bir müttəfiqin ərazisini ilhaq etməsi ehtimalı NATO üçün kabusdur”, - deyə A.Kərimov əlavə edib.  

Onun fikrincə, əgər ABŞ Qrenlandiyanı ilhaq etmək üçün hərbi gücdən istifadə edərsə, NATO-nun 5-ci maddəsi və kollektiv müdafiənin mahiyyəti öz mənasını itirəcək.

Siyasi məsələlər üzrə tədqiqatçı deyib ki, ABŞ-nin Qrenlandiyanı öz təhlükəsizliyi üçün nəzarətə götürmək barədə hekayələri inandırıcı məqam deyil. Çünki Danimarka 1950-ci illərdən bəri ABŞ hərbi bazasına ev sahibliyi edir. 

“Təhlükəsizlik baxımından aydın olmayan məqam Vaşinqtonun özünü müdafiə etmək üçün Qrenlandiya üzərində tam nəzarətə nə üçün ehtiyac duymasıdır. Çünki Qrenlandiyada 1943-cü ildən bəri fəaliyyət göstərən ABŞ Kosmik Qüvvələrinin Pituffik Kosmik Bazası var. Burada daimi olaraq həm ABŞ ordusu, həm də onun ballistik raketlərin erkən xəbərdarlıq sistemi yerləşir. Lazım olduğu təqdirdə, ABŞ-nin şəxsi heyət sayını və silahlarını artırmaq hüququ var. Deməli, əsas məqam kimi təhlükəsizlik amili önə çıxmır, Tramp Rusiya və Çinin Arktikadakı iqtisadi dividentlərini geri oxutmaq istəyir”, - deyə A.Kərimov bildirib.

Onun fikrincə, Qrenlandiya Arktika regionuna münasibətdə strateji və geosiyasi baxımdan vacibdir. Bu baxımdan Donald Trampın əvvəldən Kanadaya ərazi iddiaları ilə Qrenlandiyaya doğru ambisiyaları bir-birini tamamlayır:


“Bu, iqtisadi və ticari əməliyyat modelindən ABŞ-nin maksimum mənfəətlə çıxması üçün səylərin bir hissəsidir. 

Yəni Trampın iqtisadi və əlavə sərvət mülkiyyətləri əldə etmək prioritetləri daha geniş geostrateji qazancları ABŞ-nin aktivinə yazdırmaq planları ilə mütənasibdir. 

Birincisi, Donald Trampın Qrenlandiyanı əldə etmək təklifləri adanın iqtisadi cəhətdən strateji əhəmiyyəti ilə ölçülür. Qrenlandiya mineral, qaz və neft sərvətləri ilə zəngindir. Avropa Komissiyasının məlumatlarına əsasən, Avropanın gələcəyi üçün vacib hesab etdiyi 34 kritik xammaldan 25-i məhz Qrenlandiyada cəmləşib. 

İkincisi, Qrenlandiya Şimali Amerikadan Avropaya gedən ən qısa yolun üzərində yerləşir və bu fakt ABŞ üçün strateji əhəmiyyət kəsb edir. 

Rusiya və Çin maraqlarına qarşı getmək Avropa üçün də əhəmiyyətlidir, amma ABŞ bunu Transatlantik çərçivələri dağıtmaq prizmasından edəndə ortaya xeyli problemlər çıxır”. 

Qeyd edək ki, Danimarka Baş naziri Yens-Frederik Nilsen Qrenlandiyanın Tramp administrasiyasına satılmadığını deyib. O, həmçinin Qrenlandiya xalqının könüllü olaraq ABŞ-nin bir hissəsi olmaqda maraqlı olmadığını da söyləyib. 

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Çətirsiz evdən çıxmayın: Hava qəfildən dəyişəcək 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News