NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir

NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir
02.07.2026 15:30 Təhlil

Rusiya Prezidenti Vladimir Putinin ordusunun Avropaya qarşı müharibəyə hazır olduğunu bəyan etməsi gərginliyi pik həddə çatdırıb. Kremlin özünü müdafiə etmək üçün nüvə silahı da daxil olmaqla bütün vasitələrdən istifadə edə biləcəyinə dair iddialar fonunda, hərbi əməliyyatların uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Bu qarşıdan gələn qış mövsümündə  Avropanı ciddi yanacaq böhranı ilə üz-üzə qoya bilər. Bəs proseslərin sonrakı gedişatı necə olacaq? 

Məsələ ilə bağlı politoloq Şakir Ağayev TodayPress TV- yə danışıb.


Analitik bildirib ki, Avropada heç nədən çəkinmədən ən böyük təhlükənin Rusiya olduğunu bəyan edirlər:

"Bu yaxınlarda NATO-nun baş katibi Mark Rutte Rusiyaya görə gecələr  yata bilmədiyini etiraf edib. Rusiya tərəfi də analoji ittihamlarla çıxış edərək Avropanın müharibəyə hazırlaşdığını bildirir. Diqqətçəkən məqam odur ki, hər iki tərəf mümkün irimiqyaslı toqquşma üçün konkret tarix olaraq 2030-cu ili hədəf göstərir və bir-birini hərbi hazırlıqda günahlandırır".

O əlavə edib ki, Slovakiyanın Baş naziri Fitso Avropanın düşünülmüş şəkildə Rusiya ilə müharibəyə hazırlaşırdığını və müharibəyə getdiyini deyir. Buna misal olaraq Avropa silahlarının Ukraynada istifadə olunmasını, Avropa raketlərinin Ukrayna tərəfindən tətbiq edilməsini və s. göstərib.

Politoloq qeyd edib ki, bu iddiaların fonunda tərəflər arasında şiddətli informasiya müharibəsi gedir. Hər iki tərəf qarşılıqlı şəkildə bir-birini təhlükə yaratmaqda ittiham edir və mövcud reallıq müharibənin hələ uzun müddət davam edəcəyini şübhəsiz edir. Avropa da bu reallığı tam dərk edir". 

Şakir Ağayev Amerika–İsrail–İran qarşıdurmasından sonra qlobal enerji sistemində ciddi böhranın yarandığını diqqətə çatdırıb:

"Son məlumatlara görə, Avropa dövlətlərinin qaz ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azalıb. Müharibə bu şəkildə uzanarsa, Ukraynanın enerji infrastrukturu tamamilə sıradan çıxarıla bilər ki, bu da daha ciddi fəsadlara yol açacaq. Avropa üçün bu təhlükələr realdır. Məhz bu çətin duruma düşdüyünə görə Qərb cəmiyyətdə süni Rusiya qorxusu və xofu yaradır. Beləliklə, ölkələri Rusiyaya qarşı səfərbər etməklə daxili problemlərdən diqqəti yayındırmağa çalışır".

Analitikin qənaətinə görə, Avropa dövlətlərinin şərtləri Rusiya tərəfindən qəbul edilməyəcək:

"Ona görə də, prosesi bilərəkdən uzadırlar ki, Kiyevdən Rusiyaya qarşı hərbi plasdarm kimi istifadə etsinlər. Son bir neçə həftədə vəziyyətin daha da genişlənməsi gərginliyin və eskalasiyanın artdığını göstərir. Təəssüf ki, hadisələr bu ssenari üzrə inkişaf edir, lakin istənilən halda bu proseslərin ən qısa zamanda diplomatik yolla həllini tapması ən doğru çıxış yolu olardı". 

Jalə Rövşən

TodayPress TV

PHOTOS

NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir — 1
NEWS FEED
17 AUGUST 2026
Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 All News