Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular...

Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular...
04.06.2026 17:19 Təhlil

Ermənistanda keçiriləcək növbəti seçkilərə cəmi 3 gün qalmış İrəvanda geosiyasi gərginlik pik həddə çatıb. Xüsusilə regional təhlükəsizlik, kənardan mümkün müdaxilələr və ölkə daxilindəki revanşist qüvvələrin hərəkətliliyi həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir.

Bu kontekstdə Rusiyadan göndərilən potensial təxribatçı qrupların, eləcə də Gümrüdəki 102-ci Rusiya hərbi bazasının seçki prosesinə mümkün mənfi təsirləri, həmçinin ölkə daxilindəki yarımsilahlı separatçı və revanşist qüvvələrin hazırkı hakimiyyət üçün yarada biləcəyi real təhlükənin miqyası ciddi suallar doğurur.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyan bildirib ki, Ermənistanda seçkilər ərəfəsində mümkün təxribatlar, xarici təsirlər və daxili siyasi proseslərlə bağlı müxtəlif qiymətləndirmələr və narahatlıqlar səsləndirilir:

“Mənim qiymətləndirməmə görə, bu gün Ermənistan Respublikasında aşkar siyasi lider Ermənistanın Baş naziri Nikol Paşinyandır. Son günlərdə baş verən hadisələr də göstərir ki, hüquq-mühafizə orqanları öz funksiyalarını qanun çərçivəsində yerinə yetirirlər. Buna Miki Badalyan barəsində cinayət işinin başlanması da sübutdur.

Rusiya hərbi mövcudluğuna gəldikdə isə, mənim fikrimcə, bu gün onun Ermənistandakı daxili siyasi proseslərə həlledici təsiri yoxdur. Əgər hər hansı xarici qüvvə Ermənistanın daxili işlərinə müdaxilə etməyə və ya demokratik proseslərə mane olmağa cəhd göstərərsə, Ermənistan Respublikasının öz suverenliyini qorumaq üçün reaksiya vermək hüququ və imkanı tam şəkildə mövcuddur. Bu gün Ermənistanın taleyini yalnız Ermənistan xalqı müəyyən edir. Heç bir dövlət, hərbi struktur və ya siyasi qüvvə xalqın azad iradə ifadəsinin qarşısını ala bilməz. Xalqın iradəsi Ermənistan dövlətçiliyinin əsasını təşkil edib və etməkdə davam edir”.

N.Aleksanyanın sözlərinə görə, kimsə sülh gündəliyinə mane olmağa çalışsa, o, təkcə hakimiyyət orqanlarının deyil, həm də sülhə və sabitliyə can atan Ermənistan xalqının qətiyyətli mövqeyi ilə üzləşəcək:

“Regionumuzda baş verən proseslər göstərir ki, Ermənistan sülh, əməkdaşlıq və inkişaf yolu ilə irəliləyir. Bu yol asan deyil, lakin məhz bu yol Ermənistanın gələcəyi üçün ən perspektivli istiqamətdir. Bu gün beynəlxalq ictimaiyyətin, o cümlədən bir çox Avropa ölkələrinin diqqəti və dəstəyi Ermənistanın suverenliyinin, demokratiyasının və sabitliyinin qorunmasına yönəlib. Belə şəraitdə xarici qüvvələrin Ermənistan xalqının azad seçiminə ciddi təsir göstərə biləcəyi hər hansı ssenarini təsəvvür etmək çətindir. Yekun qərar Ermənistan vətəndaşlarına məxsusdur və ölkənin gələcəyini yalnız onlar öz səsləri və demokratik seçimləri ilə müəyyən edəcəklər”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 All News