Mühüm sənəd hazırlandı: ABŞ NATO-dan çıxır?

Mühüm sənəd hazırlandı: ABŞ NATO-dan çıxır?
10.12.2025 17:09 Təhlil

Respublikaçı konqresmen Tomas Massi ABŞ-nin NATO-dan çıxması ilə bağlı “NATO Aktı” adlı qanun layihəsi təqdim edib. Sənəd ABŞ-nin alyansa rəsmi şəkildə çıxış bildirişi göndərməsini və NATO büdcəsinin maliyyələşdirilməsində Amerika vəsaitlərinin dayandırılmasını nəzərdə tutub.


Massi NATO-nu “soyuq müharibənin yadigarı” adlandıraraq, onun ABŞ-nin maraqlarına uyğun gəlmədiyini və ölkəni xarici münaqişələrə cəlb edə biləcəyini iddia edib O, həmçinin Avropa ölkələrinin öz müdafiələri üçün kifayət qədər resurslara malik olduğunu bildirərək, ABŞ vəsaitlərinin daxili ehtiyaclara yönəldilməsini təklif edib.     

Maraqlıdır, ABŞ NATO-dan çıxa bilərmi? Bunun nəticələri nələr ola bilər?

Mövzu haqqında TodayPress TV-yə danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin NATO-dan real çıxışı praktik olaraq mümkün deyil: 


"ABŞ Konqresinə təqdim olunan bu cür qanun layihələri əsasən siyasi mesaj xarakteri daşıyır və ölkənin real xarici siyasət kursunu birbaşa dəyişmək gücündə olmur. Tomas Massinin təşəbbüsü də daha çox Respublikaçı qanadın müəyyən hissəsinin NATO-ya dair narazı mövqeyini ifadə edir. Trampın daha əvvəl Alyansı “köhnəlmiş” adlandırması və üzvlərdən daha çox öhdəlik tələb etməsi məlumdur. Ancaq buna baxmayaraq, ABŞ-nin NATO-dan rəsmi şəkildə çıxması həm hüquqi baxımdan, həm də ölkənin strateji maraqları prizmasından son dərəcə çətin və riskli addımdır. ABŞ üçün NATO təkcə hərbi platforma deyil, eyni zamanda Avropadakı təsir gücünün əsas sütunlarından biridir və Vaşinqtonun Avropa təhlükəsizliyi üzərində liderliyini təmin edən ən mühüm mexanizmdir".

Analitik vurğulayıb ki, bu siqnallar NATO-da qeyri-müəyyənliyi artırır:


"Bununla belə, bu cür təşəbbüslərin gündəmə gətirilməsi Alyans daxilində narahatlıq yaradır və ABŞ-nin gələcək kursuna dair qeyri-müəyyənliyi artırır. Teorik baxımdan ABŞ NATO-dan ayrılsa, Avropanın təhlükəsizlik arxitekturası ciddi şəkildə sarsılar, Rusiyanın Şərqi Avropada təsir imkanları genişlənər, Almaniya və Fransa müdafiə sahəsində daha müstəqil davranmağa məcbur qalar, hətta yeni hərbi ittifaqların formalaşması gündəmə gələ bilərdi. Bu addım həm ABŞ-nin qlobal liderliyinə ağır zərbə vurardı, həm də Qərb dünyasında parçalanma prosesini sürətləndirərdi. Realist yanaşmaya görə, yaxın perspektivdə ABŞ-nin NATO-dan çıxması ehtimalı çox aşağıdır, lakin bu tip siyasi siqnallar Alyansın gələcək strukturuna və yük bölgüsünə mütləq şəkildə təsir göstərəcək".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 All News