Müdafiə Nazirliyi və DTX-nın keçmiş rəhbərləri həbs edildi - Gürcüstanda nə baş verir ?

Müdafiə Nazirliyi və DTX-nın keçmiş rəhbərləri həbs edildi - Gürcüstanda nə baş verir ?
26.12.2025 17:23 Təhlil

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə ölkənin keçmiş müdafiə naziri Baço Axalayanın saxlanıldığı bildirilib. Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Gürcüstanda son zamanlar etirazlar, həbslər artır. Nə baş verir?

Sözügedən prosesləri TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Gürcüstanda son dövrlər siyasi vəziyyət xeyli gərginləşib və bu gərginlik artıq açıq qarşıdurma mərhələsinə keçib:


“Hazırda həm etirazçıların, həm də hüquq mühafizə orqanlarının kəskin hərəkətləri müşahidə olunur. Eyni zamanda siyasi fiqurların həbsi prosesi gedir. Keçən ilin sonlarından etibarən hökumətin Avropa İttifaqına üzvlük danışıqlarını dondurması ölkədə kütləvi etirazlara səbəb olub və bu aksiyalar qısa fasilələrlə uzun müddətdir davam edir”.

Ekspert qeyd edib ki, etirazların əsas səbəbi hökumətin yürütdüyü siyasət və son bələdiyyə seçkilərinin nəticələri ilə bağlıdır:

“Etiraz aksiyaları məhz bu amillər fonunda başlayıb. Bələdiyyə seçkilərindən sonra hökumətə qarşı narazılıqlar daha da artdı və oktyabrın 4-də meydanlarda hökumətə qarşı təzyiq mexanizmlərinin tətbiqinə start verildi”.

Ç.Şahbazi bildirib ki, həmin gün etirazçılarla polis arasında toqquşmalar baş verib:

“Hökumət mövcud vəziyyəti yumşaltmaq və dialoq yolu ilə həll etmək əvəzinə, hüquq mühafizə orqanlarına etirazçılara qarşı kəskin hərəkətlər etməyə göstəriş verdi və həbslərə başlanıldı”.

Politoloqun sözlərinə görə, saxlanılanlar arasında ölkənin tanınmış siyasi fiqurları da var:

“Ölkənin sabiq müdafiə naziri Baço Axalaya saxlanılıb. O, 4 oktyabr hadisələrini təşkil etməkdə və dövlət çevrilişinə çağırışda ittiham olunur. Ümumilikdə saxlanılanlar arasında çoxsayda tanınmış siyasətçi var və hökumət onları dövlət çevrilişinə cəhd etməkdə, eləcə də qətliam təşkil etmək kimi ağır cinayətlərdə günahlandırır”.

Ekspert vurğulayıb ki, etirazçıların tələbləri bir neçə əsas istiqaməti əhatə edir:

“Etirazların əsas məğzi Avropa İttifaqına inteqrasiyanın dayandırılması, demokratik institutlara və media müstəqilliyinə qarşı həyata keçirilən addımlara hökumətin son qoyması tələbi ilə bağlıdır”.

Çingiz Şahbazinin fikrincə, Gürcüstandakı mövcud böhran uzun illərdir davam edən proseslərin məntiqi nəticəsidir:

“Ölkədə siyasi dəyişikliklər heç bir halda həzm edilmir və bu da nəticələrin getdikcə daha kritik xarakter almasına gətirib çıxarır. Hökumət və müxalifət arasında dərin uçurum yaranıb, həm siyasi, həm də idarəçilik sistemi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur”.

Politoloq əlavə edib ki, baş verənlər Gürcüstan üçün ciddi risklər yaradır:

“Hazırda ölkədə sabitliyin pozulmasına səbəb ola biləcək amillər kifayət qədər çoxdur. Bu səbəbdən Avropa İttifaqı da Gürcüstanla bağlı narahatlığını açıq şəkildə bəyan edib”.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News