Medvedev Trampı HƏDƏFƏ ALDI: "Artıq Baydenin yox, öz müharibəni aparırsan!”

Medvedev Trampı HƏDƏFƏ ALDI: "Artıq Baydenin yox, öz müharibəni aparırsan!”
23.10.2025 17:49 Təhlil

ABŞ Prezidenti Donald Trampın Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü ləğv etməsi və Rusiyaya qarşı yeni sanksiyalar elan etməsi Moskvada sərt reaksiya doğurub. 


Belə ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu qərarı “müharibə aktı” adlandırıb. Medvedevin sözlərinə görə, Tramp artıq “sülh carçısı” kimi deyil, Rusiyaya qarşı müharibə aparan lider kimi çıxış edir. 


O hesab edir ki, Tramp hələlik Ukraynanı aktiv şəkildə dəstəkləmir, lakin bu müharibə artıq sabiq prezident Cozef Baydenin deyil, Trampın müharibəsidir.

Bu iddia nə dərəcə realdır? Tramp sülh çağırışında səmimi deyil?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Ənvər Ağazadə bildirib ki, ABŞ böyük dövlətdir və strategiyası onilliklər, bəlkə də yüzilliklərə müəyyən olunur.


Ona görə də ABŞ Prezidenti Donald Trampın sabiq prezident Cozef Baydendən tamamilə fərqli, Amerika dövlətinin məqsədlərinə zidd siyasət apardığını iddia etmək olmaz. 

“Medvedevin dediklərində müəyyən həqiqət var ki, Amerikanın strateji hədəfləri var. Bu dövlətin əsas məqsədlərindən biri Rusiya kimi dövlətin zəiflədilməsidir. Çünki ABŞ-nin qlobal siyasətinə — istər Yaxın Şərq, istər Asiya, istərsə də Afrikada ən çox mane olan məhz Rusiya idi. Buna görə də ABŞ üçün bu müharibədə Rusiyanın zəifləməsi strateji baxımdan məqsədəuyğundur.

Lakin Tramp həqiqətən də bu müharibənin dayandırılması üçün çalışır. Baydendən fərqli olaraq o, “əgər prezident olsaydım, bu müharibə olmazdı” deməklə Putini danışıqlara cəlb etmək, onu razı salmaq niyyətində idi. Tramp düşünürdü ki, Putinlə bu dildə danışmaqla müharibənin qarşısını almaq mümkündür, lakin o bu məsələdə yanıldı. Bununla belə, ABŞ dövlətinin Rusiya–Ukrayna müharibəsinə münasibəti nə Bayden, nə də Trampın dövründə dəyişməyib. ABŞ-nin məqsədi Ukraynanın məğlub olmaması, Rusiyanın isə zəifləməsidir”, - deyə analitik vurğulayıb.


O, Trampın müharibəni dayandırmaq istəməsinin səbəbini açıqlayıb:

“Rusiya artıq kifayət qədər zəifləyib. Onun iqtisadiyyatı sanksiyalar nəticəsində kifayət qədər zəifləyib, enerji resurslarını dünya bazarına çıxarmaqda ciddi çətinliklər var. Rusiyada bu gün benzin qıtlığı müşahidə olunur, xüsusilə regionlarda bir sıra yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırıb və benzin satışına limit qoyulub. 30 litrdən artıq benzin və dizel satılmır. Yəni ABŞ müəyyən mənada öz məqsədlərinə nail olub.

Ancaq indi Amerika üçün yeni rəqib meydana çıxıb — Çin. Müharibə nəticəsində ucuz Rusiya enerji resurslarından yararlanan Çin texnoloji inkişaf baxımından da xeyli irəliləyib və artıq ABŞ üçün ciddi iqtisadi rəqibə çevrilib. Buna görə də Vaşinqton istəyir ki, müharibə dayansın, Rusiya ilə münasibətlər sabitləşsin və diqqət yenidən Çinlə iqtisadi rəqabətə yönəlsin”.


Ə.Ağazadə düşünür ki, Trampın müharibəni dayandırmaq istəyi səmimidir. O izah edib ki, kim ABŞ prezidenti olursa-olsun, dövlətin siyasəti dəyişmir, yalnız həmin siyasətin həyata keçirilmə taktikası dəyişir. Yəni Bayden dövründə necə idisə, indi də elədir. Sadəcə, Tramp bu siyasəti fərqli taktika ilə həyata keçirmək istəyir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Bütün Xəbərlər