İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı

İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı
01.07.2026 15:11 Təhlil

“Ermənistan İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına cavab verməyəcək”. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib: 

"Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırıq ki, "erməni soyqırımı"ndan silah kimi istifadə etməmək Ermənistan Respublikasının maraqlarına xidmət edir. Yaxın gələcəkdə heç bir reaksiya olmayacaq".

Baş nazirin belə bir reaksiyası Ermənistanda müəyyən qüvvələrin ona qarşı "səlib yürüşü"nə başlamasına səbəb olub. Bu fonda "armenianreport" portalı yazır: "Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın İsrailin erməni soyqırımını tanımaq qərarına rəsmi şəkildə cavab vermək niyyətində olmadığı barədə verdiyi açıqlama ölkəmizin müstəqillik qazandığı gündən bəri rəhbərlik edən şəxsin ən utancverici açıqlamalarından birinə çevrilib.

Maraqlıdır, Paşinyan niyə İsrailin qərarına bu qədər həssas yanaşır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri Paşinyanın bu mövqeyinin yeni olmadığını deyib:


“Bu mövqe İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı ortaya çıxmayıb. Bundan əvvəl də o, həm Miatsum, yəni Qarabağın Ermənistana birləşdirilməsi ideyasının, həm də qondarma “erməni soyqırımı” iddiasının ortaya atılmasının Ermənistan dövlətinin inkişafının qarşısını almaq, onun müstəqil və suveren dövlət kimi formalaşmasına mane olmaq məqsədi daşıdığını bəyan edib. Bu, çox ciddi mövqedir. İndiki vəziyyətdə də o, sadəcə həmin mövqeyini tam şəkildə təkrarlamadan İsrailin verdiyi siyasi qərarı Ermənistan dövləti və hökuməti üçün siyasi kapitala çevirmək istəmədiyini bildirir. Düşünürəm ki, bu, doğru addımdır. Söhbət Nikol Paşinyanın irəli sürdüyü "real Ermənistan" konsepsiyasından gedirsə və bunun arxasında üçüncü Ermənistan Respublikasının, yəni Rusiyanın əyaləti olmaqdan çıxaraq müstəqil və suveren dövlətə çevrilmək istəyi dayanırsa, bunun yolu Azərbaycanla müharibəni başa çatdırmaqdan keçir. Bunun üçün yekun sülh müqaviləsi imzalanmalı, bütün nəqliyyat-kommunikasiya xətləri açılmalı, qardaş Türkiyə ilə sərhədlər açılaraq normal münasibətlər qurulmalıdır”.

Natiq Mirinin fikrincə, Paşinyan bu gerçəyi çoxdan anlayıb. Ona görə də İsrailin bu gecikmiş addımı Nikol Paşinyan hökumətinə və Ermənistana qlobal səviyyədə heç nə qazandırmayacaq:

“Əksinə, bu, münasibətlərin yenidən korlanmasına səbəb ola biləcək təxribatdır və Nikol Paşinyan bunu anlayır. Buna görə də söz xatirinə və ya populyarlıq naminə bu məsələni daha da qabartmaq əvəzinə, heç bir reaksiya vermir və onu inkişaf etdirməyəcəyini bildirir. Çünki bunun mahiyyətini o, cəmiyyətə əvvəlcədən açıq şəkildə izah edib. Hazırda isə vəziyyət həssasdır. Çünki müxalifət bir tərəfdən Konstitusiya Məhkəməsinə seçkilərin ləğvi ilə bağlı müraciət edib, digər tərəfdən isə Rusiyanın dəstəyi ilə Nikol Paşinyanı devirmək üçün ciddi məsləhətləşmələr aparır və toparlanmaq cəhdləri müşahidə olunur. Ona görə də Nikol Paşinyanın nisbətən ehtiyatlı davranmasının səbəbini məhz burada axtarmaq lazımdır. Hər bir halda, tərəzinin gözündə Azərbaycan və Türkiyə ilə münasibətlər Ermənistanın gələcək perspektivi baxımından daha ağır gəlir. Bunu Nikol Paşinyan anlayır. Məhz buna görə də o, qondarma soyqırımı məsələsindən süni şəkildə istifadə etməyəcəyini bəyan edib. Çünki bu, Ermənistana heç nə verməyəcək”.

Qiymət Mahir

TodayPress TV

PHOTOS

İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı — 1
NEWS FEED
01 JULY 2026
"Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Qastrit və reflü: Fərqləri, əlamətləri və müalicə prinsipləri 15:59 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 All News