İran "kanistrlərlə" Əfqanıstana boru xətti çəkdi

İran "kanistrlərlə" Əfqanıstana boru xətti çəkdi
04.05.2026 12:30 Təhlil

ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası İranın rəsmi neft ixracını kəskin şəkildə məhdudlaşdırıb. Nəticədə İran nefti "kanistrlər", çəlləklər və pikap tipli avtomobillər vasitəsilə Pakistan sərhədinə, xüsusilə Bəlucistan bölgəsinə (Pir Kor keçidi və digər marşrutlar üzrə) daşınmağa başlayıb. Bu proses illərdir mövcud olan qaçaqmalçılıq şəbəkəsinin bir hissəsidir, lakin blokada səbəbindən daşınma həcmi əhəmiyyətli dərəcədə artıb.

İran rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əvvəllər bu fəaliyyətə qarşı mübarizə aparsalar da, hazırda buna ya göz yumurlar, ya da dolayı və ya birbaşa dəstək verirlər. Bunun əsas səbəbi daxili neft anbarlarının dolması və ənənəvi ixrac marşrutlarının bağlanmasıdır. Pakistan da bəzi quru marşrutlarını, təxminən altı əsas yolu açaraq bu axının davam etməsinə şərait yaradır.

Hazırkı mərhələdə bu vəziyyət hər iki ölkə üçün qısamüddətli baxımdan qarşılıqlı fayda yaradır. İran artıq toplanmış nefti ölkə daxilindən çıxararaq daxili təzyiqi azaldır, yerli tacirlərə və təhlükəsizlik strukturlarına əlavə gəlir imkanları yaradır, eyni zamanda məhdud həcmdə də olsa xarici valyuta axınını qoruyub saxlayır.

Pakistan isə xüsusilə Bəlucistan kimi iqtisadi baxımdan zəif bölgələrdə daha ucuz yanacaq əldə edir, enerji təminatında müəyyən rahatlıq qazanır və daxili bazarda yanacaq qiymətlərinin daha sabit qalmasına nail olur. Buna görə də hər iki tərəf hazırkı mərhələdə bu prosesdən müəyyən dərəcədə razı görünür.

ABŞ-nin strategiyası isə daha uzunmüddətli və sistemli xarakter daşıyır. Vaşinqton İranın əsas gəlir mənbələrindən biri olan neft ixracını maksimum səviyyədə məhdudlaşdırmağa çalışır. 2026-cı ilin aprel ayından etibarən gücləndirilmiş blokada nəticəsində dəniz tankerlərinin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb, milyonlarla barrel neft ya yolda, ya da anbarlarda saxlanılmış vəziyyətdə qalıb. Bu isə İranı hasilat həcmlərini azaltmağa məcbur edir və yalnız cari gəlirləri deyil, gələcək istehsal potensialını da risk altına salır.

Ən ciddi uzunmüddətli risk neft quyularının texniki zədələnməsidir. İranın bir çox neft yataqları, xüsusilə köhnə yataqlar, sabit lay təzyiqinin qorunmasını tələb edir. İstehsal kəskin şəkildə azaldıqda və ya tam dayandıqda su və qaz sızması, parafin çökməsi, qum yığılması və lay təzyiqinin aşağı düşməsi kimi problemlər yarana bilər. Bir sözlə, yataqda qalan neft quyunu "yeyəcək". Bu cür zədələnmələr bir çox hallarda daimi xarakter daşıyır, quyuların məhsuldarlığını uzunmüddətli və ya hətta birdəfəlik azalda bilər. Belə yataqların yenidən bərpası isə həm çox bahalı, həm də texniki baxımdan olduqca mürəkkəbdir. Sanksiyalar səbəbindən İranın müasir texnologiya və avadanlıqlara çıxışı da məhduddur. Beynəlxalq enerji mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, həftələrlə davam edən məhdudiyyətlər gələcəkdə gündəlik yüz minlərlə barrel istehsal itkisinə səbəb ola bilər.

Hazırda sərhəd boyunca "kanistr" və çəlləklərlə həyata keçirilən neft ticarəti hər iki ölkə üçün müvəqqəti çıxış yolu kimi görünür. Lakin bu model davamlı deyil. Blokada uzandıqca İranın iqtisadi təzyiqi daha da artacaq, neft quyularının zədələnməsi səbəbindən gələcək hasilat potensialı zəifləyə bilər. Pakistan üçün isə nəzarətsiz qaçaqmalçılığın genişlənməsi daxili təhlükəsizlik, vergi itkiləri və büdcə problemləri yarada bilər. Bu vəziyyət geosiyasi qarşıdurmalarda tez-tez rast gəlinən klassik bir nümunədir: qısamüddətli uyğunlaşma, lakin uzunmüddətli struktur zərərlər. Prosesin gələcək istiqaməti blokadanın nə qədər davam edəcəyindən və diplomatik proseslərin hansı nəticə verəcəyindən asılı olacaq.

Jalə Rövşən

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 All News