Suriyanın sivil dünyaya inteqrasiyası: ABŞ və Aİ prosesdə

Suriyanın sivil dünyaya inteqrasiyası: ABŞ və Aİ prosesdə
30.05.2025 12:30 Təhlil

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iqtidarı qısa zamanda Suriyaya qarşı fikirləri müəyyən qədər dəyişməyi bacardı”.

Siyasi ekspert Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib.

O, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasına münasibət bildirib:

“ABŞ, daha sonra Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırdı. Hətta Yaponiya da Suriyanın 4 bankına qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldırdığını bildirdi. Ümumiyyətlə, Suriyaya qarşı əvvəllər tətbiq edilən beynəlxalq sanskiyaların yavaş-yavaş aradan qaldırılması hakimiyyət dəyişikliyindən – Bəşər Əsəd rejminin devrilməsindən sonra sivil dünyaya inteqrasiya istiqamətində atılan ciddi addımların nəticələri kimi dəyərləndirilə bilər. Əhməd Əl Şaraa iqtidarı qurulanda dünya onu terror təfəkküllü biri və ya silahlı qruplaşma lideri kimi qəbul edir və o şəkildə tanıtmağa cəhd edirdilər. Türkiyənin diplomatik dəstəyi, öz dövlətçilik təcrübələrini yeni iqtidarla bölüşməsi, buradan yola çıxaraq addımların atılması sayəsində Əhməd Əl Şaraa iqtidarı qısa zamanda Suriya haqqında fikirləri müəyyən qədər dəyişməyi bacardı. Zaman keçdikcə bu addımların kəsərliliyinin artdığını və Suriyanın həqiqətən də müasir dünyanın tələblərinə uyğun demokratik dövlət quruculuğu istiqamətində ciddi addımlar atdığının şahidi oluruq”. 

Analitik bunu Suriyanın sivil dünyaya inteqrasiyası kimi qiymətləndirir:

“Bu, boş söz yığını deyil. Dünyanın 3 fərqli iqtisadi güc mərkəzi – ABŞ, Aİ, Yaponiyanın qısa zaman fərqi ilə Suriyaya qarşı sanskiyaları yumuşaltması və bu addımların davamlı xarakter alması onu deməyə əsas verir ki, Suriya sivil dünyaya inteqrasiya olunur. Bu, Suriya üçün daha yaxşı gələcək və inkişaf edən reallıq vəd edir. Yəqin ki, müsbət tendensiyaların və Əhməd Əl Şaraa iqtidarının atdığı addımların faydaları görüləcək və davam etdiriləcək. Bu halda dünya dövlətlərinin Suriyaya qarşı daha ciddi və sivil qərarlar verəcəyini gözləyə bilərik. Bu isə inkişafa açılan növbəti qapı olacaq”.

Qeyd edək ki, ABŞ-dən sonra Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların aradan qaldırıldığını, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib. Eyni zamanda Yaponiya da Suriyaya qarşı sanksiyaları qismən ləğv etmək qərarına gəlib.

Qiymət Mahir

FOTOLAR

Suriyanın sivil dünyaya inteqrasiyası: ABŞ və Aİ prosesdə — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər