NATO Sammitinin Türkiyədə keçirilməsi Rusiyanı cin atına mindirdi - "Pomidorunuzu kəsərik!"

NATO Sammitinin Türkiyədə keçirilməsi Rusiyanı cin atına mindirdi - "Pomidorunuzu kəsərik!"
10.07.2026 12:43 Təhlil

Ruslar deyir ki, Ərdoğan NATO sammitində Ukraynaya hərbi kömək mexanizmlərinə dəstək verib, bizə xəyanət edib. Amma unudurlar ki, Türkiyə onsuz da NATO-nun üzvüdür.

Ərdoğan nə qədər Ukraynaya kömək edəcəyini desə də, dərhal arxasınca əlavə edir ki,  "Gəlin, oturun Türkiyədə, sizi barışdırım".

Türkiyə həm Qərblə, həm də Rusiya ilə əlaqəni kəsmək istəmir, balansını saxlayır. Moskva istəyir ki, hamı ancaq onun dediyi ilə oturub-dursun.

Ortaya atılan təhdidlər absurddur. "Akkuyu AES-i (Atom Elektrik Stansiyasını) dayandırarıq, türk tikinti şirkətlərini qovarıq, rus turistlərin Türkiyəyə getməsini qadağan edərik..."

Yaxşı, bəs bunun ziyanını tək Türkiyə çəkəcək?

Rusiya bura milyardlarla pul qoyub, öz dövlət layihəsidir. İndi acığa düşüb işi saxlasa, ən böyük zərbəni öz nüfuzuna və onsuz da tökəzləyən  iqtisadiyyatına vuracaq. Hətta bir də heç kim Rusiyaya belə böyük layihə etibar etməz.

Avropa, Amerika şirkətləri Rusiyadan qaçandan sonra ordakı boşluğu kim doldurdu?

Türk biznesi. Rusiyada tikintidən tutmuş geyimə, banka qədər hər  yerdə türklər var. Rusiya daxili bazarını ayaqda saxlayan elə bu şirkətlərdir. Onları qovsa, Rusiya bazarı çökər.

Rusiya ekspertlərinin Tatarıstandakı "Alabuqa" xüsusi iqtisadi zonasında türk şirkətlərini "sənaye casusluğunda" ittiham etməsi də bəhanədir. Bu şirkətlər neçə ildir Rusiyada pul qazanır, qazandırır, yeni iş yerləri açır. İndi işlər dəyişəndə  dərhal hamını casus elan etmələri Rusiyanın daxilindəki qorxuları üzə çıxarır. 

Rusların ən böyük dərdi odur ki, Türkiyə vaxtilə onlardan aldığı S-400 raketlərini Ukraynaya verər, əvəzində Amerikadan F-35 təyyarələrini alar.

Türkiyə belə bir şeyi çətin ki, etsin, çünki bu, Rusiya ilə münasibətləri tamamilə düşmənçilik səviyyəsinə qaldırmaq deməkdir. Amma ruslar qabaqcadan hədə-qorxu gəlirlər ki, Türkiyənin ayağı yer eləməsin. Hətta təsdiqlənməyən xəbərlərə görə, S-400-lər üçüncü bir ölkəyə artıq satılıb. Bəziləri deyir ki, bu, Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ), digərləri isə Qətər olduğunu iddia edir.

Türkiyəyə  kəskin münasibət NATO Sammiti ərəfəsində diplomatik şantajdır. Belə bir hərbi global sammitin məhz Türkiyədə keçirilməsi NATO -ya düşmən gözü ilə baxan Rusiyanı çox qəzəbləndirib.

Ukrayna ilə müharibə Moskvanı  dünyadan təcrid edib və Türkiyə onun üçün xarici dünyaya açılan tək-tük nəfəsliklərdən biridir. Türkiyəni tamamilə itirmək Putinin özünə də sərf eləmir. Rus mediasında Türkiyəyə qarşı başqa bir hədə də  2015-ci ildəki təyyarə böhranıdır.

Xatırlayırsınızsa, bu Türkiyənin öz sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub salması ilə başlayan böyük bir qalmaqal idi. 

O vaxt Putin buna cavab olaraq Türkiyəyə qarşı müharibə edə bilmədi, amma iqtisadiyyatı vurdu: rus turistlərin gəlişini qadağan etdi, türk pomidoruna embarqo qoydu və Rusiyadakı türk tikinti şirkətlərinin işini dayandırdı. Həm Türkiyə, həm də Rusiya milyardlarla dollar ziyana düşəndən sonra, 2016-cı ildə Ərdoğan məktub yazıb təəssüfünü bildirdi və liderlər yenidən barışdılar.

İndi ruslar "Ayağınızı dənk alın, yoxsa pomidorunuzu və turistinizi yenə kəsərik" deyib  köhnə üsulla hədə-qorxu gəlmək istəyir. Amma axırda yenə də Ərdoğanla Putin oturub dil tapacaqlar. Hər iki tərəf hələki  bir-birinə əzələ nümayiş etdirir.

Jalə Rövşən

XƏBƏR LENTİ
11 IYUL 2026
Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək 23:17 Saakaşvili Putinlə bağlı ilk dəfə bunları dedi 01:44 Bakıda məktəb ərazisində bıçaqlanma oldu 01:39 Türkiyəyə səfər etdi, İnstagram hesabı “partladı” 01:25 Bəqayi Trampı “yalançı çıxartdı” 00:58 DÇ-2026: İspaniya Belçikanı məğlub etdi 22:51 Tərksilah çağırışına cavab: İraqdakı qruplaşma qərarını AÇIQLADI 00:48 İranın gizli nüvə mərkəzində nələr baş verir? 00:19 Bu sahədə fəaliyyət göstərənlər 70 manat ödəyəcək 23:51 Ucarda dəhşətli hadisə - Yeniyetmədən xəbər yoxdur 22:56 Fidan: “Pulunu ödədiyimiz F-35-ləri geri almaq problem olmayacaq” 23:03 Ukraynanın zərbələri Rusiyanın “yanacaq damarını” kəsdi 22:46 Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi? 22:24 ABŞ-dən Rusiyanı sarsıdacaq qanun layihəsi gəlir 22:03 Zelenski Putinin çevrəsindən danışdı: “Onlar da sülh istəyir” 21:47 Ərdoğan Hakan Fidanı Ukraynaya göndərir 21:41 4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Bütün Xəbərlər