Çinin maskası düşdü - Rusiya üçün əsgər istehsal edirmiş

Çinin maskası düşdü - Rusiya üçün əsgər istehsal edirmiş
10.07.2026 15:19 Təhlil

Mətbuata sızdırılan gizli sənədlər Pekin və Moskva arasındakı münasibətlərin artıq sadə ticarət çərçivəsindən çıxdığını və tərəflər arasında birbaşa, dərin hərbi-strateji tərəfdaşlığın formalaşdığını deyir.

Bu əməkdaşlığın ən diqqətçəkən tərəflərindən biri Starlink peyk şəbəkəsinə qarşı yönələn kiberhücumlar, terminalların sabotajı və orbitdəki peykləri sıradan çıxarmaq üçün ucuz silahların yaradılması planlarıdır.

Eyni zamanda Çin nümayəndə heyətləri ilə Rusiyanın "Almaz-Antey" konserni arasında imzalanan müqavilələr gələcəkdə Tayvan ətrafında yarana biləcək mümkün münaqişə ssenarilərini nəzərə alaraq hipersəs raketlərinə qarşı müdafiə sistemlərinin birgə istehsalını nəzərdə tutur.

Hərbi-texnoloji mübadilə prosesində Rusiya Ukrayna cəbhəsində dronlardan topladığı döyüş təcrübəsini, telemetriya və real vaxt məlumatlarını Çinlə bölüşür.

Bunun müqabilində isə Çin Rusiyanı çiplər, sənaye gücü və süni intellekt vasitəsilə idarə olunan dron sürülərinin yaradılması texnologiyası ilə təmin edir.

Əməkdaşlığın praktiki tərəfi kimi, Alman kəşfiyyatının məlumatlarında 200-dən çox rus hərbçisinin Ukrayna cəbhəsinə getməzdən əvvəl Çindəki gizli bazalarda təlim keçdiyi qeyd olunur.

Ortaya çıxan bu faktlar Pekinin rəsmi olaraq bəyan etdiyi neytrallıq mövqeyini sual altına alır.  Qərbin qarşısında hərbi və texnoloji baxımdan sıx inteqrasiya olunmuş vahid  hərbi maşın dayanıb.

ABŞ və Avropanın sanksiya xətlərini və qırmızı xətləri müzakirə etdiyi bir vaxtda, bu ittifaq real addımlarla öz hərbi potensialını möhkəmləndirməkdə israrlıdır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 IYUL 2026
Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 Bayraktarın Bakı ofisi - Böyük müzakirə doğurdu 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 "Volkswagen" modellərin yarısını ləğv edəcək 16:15 Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ? 16:12 Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur 16:04 TƏCİLİ! İran İsraili vuracağını açıqladı 16:02 Rusiyada yanacaq qıtlığının səbəbi açıqlandı - RƏSMİ - FOTO 15:55 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu 15:51 75 yaşlı baş nazir ayaqda yatmasın deyə yuxu fasiləsi təşkil etdilər 15:48 NATO tədbiri Türkiyənin güc nümayişinə döndü, Avropa ölkələri növbəyə düzüldü 15:46 Hakan Fidandan İsraillə bağlı açıqlama: "Hərbi münaqişə üçün əsas yoxdur" 15:36 Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir? 15:33 Bütün Xəbərlər