Hörmüz ABŞ və İranın boğazında qalıb

Hörmüz ABŞ və İranın boğazında qalıb
08.07.2026 16:26 Təhlil

“İran-ABŞ danışıqlarının növbəti raundu 11 iyulda başlamalıdır, amma ehtimal ki, təxirə salınacaq”.

Bu sözləri siyasi analitik Asif Şəfəqqətov TodayPress TV-yə açıqlamasında deyib.


O, bunun səbəblərini belə izah edib:

“Çünki Livanda İsrail atəşkəsi pozub və qoşunlarını geri çəkməyə başlamayıb, ABŞ İranın Qətərdə dondurduğu aktivlərini qaytarmayıb, Hörmüz boğazında yenidən atəşkəs pozulub. Ümumiyyətlə, bu danışıqların perspektivinə inanmıram. Hər iki tərəf üçün təcili lazım olan şərtə qarşılıqlı əməl olunur: İran boğazı bağlamır, ABŞ dəniz blokadasını bərpa etmir. Çünki ABŞ Hörmüz boğazının açılmasını istəyirdi ki, Konqresə aralıq seçkilərə qədər neft qiymətləri ABŞ iqtisadiyyatını şoka salmasın. İrana isə müharibənin növbəti mərhələsinə qədər pul qazanmaq, iqtisadiyyatı və hərbi sənayeni bərpa etmək lazım idi. Buna görə də nə qədər qarşılıqlı ittihamlar, təhdidlər, arabir atışmalar olsa da, bu şərtlərə əməl olunur. Növbəti şərtlərin icrası gözləyə də bilər”.

Analitikin sözlərinə görə, ABŞ üçün vacibliyinə görə 2-ci dərəcəli olan şərt İranın nüvə proqramını dayandırması, zənginləşdirilmiş uranını təhvil verməsidir:

“Danışıqlar yolu ilə bu şərtin icrası qeyri-real görünür. Ona görə yox ki, İran bu məsələdə heç bir güzəştə getmək istəmir – məsələnin tarixçəsi göstərir ki, İran güzəştə getməyə hazırdır. Problem ABŞ tərəfindədir. Çünki İran nüvə proqramı məsələsində güzəştə getməsi üçün ABŞ-dən 4 iqtisadi xarakterli şərti yerinə yetirməyi tələb edir:

ABŞ vurduğu ziyana görə İrana $300 milyard təzminat ödəməlidir (kimin vasitəsilə ödəməsi vacib deyil);

ABŞ İranın dondurulmuş bütün aktivlərini qaytarmalıdır (onların ümumi həcmi ~$100 milyarddır);

ABŞ və onun təzyiqi ilə Qərb ölkələri və BMT TŞ tərəfindən İrana qarşı tətbiq olunmuş bütün sanksiyalar ləğv olunmalıdır;

İranın Hörmüz boğazından keçidə görə haqq almasını qəbul etməlidir.

Bu tələblərin icrası, faktiki olaraq, ABŞ-nin məğlubiyyətini qəbul etməsinə bərabərdir. Buna görə də danışıqlar üçün müəyyən olunmuş 60 günlük müddət (17 avqustda bitir) ərzində bir şeyə nail olunacağına inanmıram. Bəs müddət bitdikdən sonra nə olacaq – hərbi əməliyyatlar yenidən başlayacaq? Xeyr, çünki ABŞ-nin buna imkanı yoxdur. Deməli, danışıqlar müddəti uzadılacaq”.

Asif Şəfəqqətov düşünür ki, arada atəşkəs pozula, boğaz bağlana bilər, amma ABŞ eskalasiyanı elə yüksəltməyəcək ki, boğaz tam bağlansın:

“Bu minvalla danışıqlar azı gələn ilin fevralına qədər uzanacaq. Bir sözlə, İran azı fevraladək ABŞ-ni boğazına keçirtdiyi iplə idarə edəcək”.

Qiymət Mahir

TodayPress TV

PHOTOS

Hörmüz ABŞ və İranın boğazında qalıb — 1
NEWS FEED
08 JULY 2026
Tramp Zelenskini Putin adlandırdı - VİDEO 18:09 PP-19-01 Vityaz: Xüsusi təyinatlı qüvvələrin etibarlı dostu 18:02 NATO sammiti gələn il harda keçiriləcək ? 17:59 "Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Tramp: Bu gecə İranı yenidən sərt vuracağam 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Hörmüz ABŞ və İranın boğazında qalıb 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Prezident bu şəxslərə diplomatik rütbə verdi - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 All News