"Ukrayna özü Krımı Rusiyaya verib"- Lukaşenkonun sözləri köhnə yaraları yenidən açdı

"Ukrayna özü Krımı  Rusiyaya verib"- Lukaşenkonun sözləri köhnə yaraları yenidən açdı
17.12.2025 14:33 Təhlil

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna 2014-cü ildə Krımı faktiki olaraq müqavimətsiz şəkildə Rusiyaya təhvil verib. Onun sözlərinə görə, Krımda Ukrayna tərəfindən heç bir hərbi müqavimət göstərilməyib və bu səbəbdən baş verənləri “işğal” və ya “ilhaq” kimi terminlərlə ifadə etmək daha çox fəlsəfi yanaşmadır. Lukaşenko hesab edir ki, Rusiya həmin dövrdə Krımda olan qüvvələrlə razılıq əldə edərək prosesi silahlı toqquşmasız həyata keçirib.  

Maraqlıdır, Lukaşenkonun bu yanaşması 2014-cü il Krım hadisələrinin beynəlxalq hüquq baxımından qiymətləndirilməsinə necə təsir edə bilər və bu cür arqumentlər Rusiyanın mövqeyini legitimləşdirməyə xidmət edirmi? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Krım hadisələri Ukraynadakı daxili böhran və zəif nəzarət nəticəsində yetişmiş proses idi: 


"Krım hadisələri təsadüfi və qəfil baş vermədi. Xüsusilə 2000-ci illərin əvvəllərindən etibarən Ukraynada dərin daxili ziddiyyətlər, siyasi qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə mövcud idi. Krım bu proseslər fonunda uzun müddət diqqətdən kənarda qalan, lakin həssas region kimi qalırdı. Əhalinin böyük hissəsi rusdilli idi, Kiyevin bölgə üzərində real nəzarəti zəif idi və Ukrayna daxilində bəzi yüksək vəzifəli şəxslər Krımı iqtisadi və strateji baxımdan problemli ərazi kimi qiymətləndirirdilər. Buna baxmayaraq, Xruşşov dövründə Krımın Ukraynaya verilməsi sonradan ciddi mübahisələrə yol açdı".

Ekspert qeyd edib ki, Ukraynadakı parçalanma Krımı daha da həssas etdi:

"Regionda rusdillilərlə yanaşı, Krım tatarları da yaşayırdı. Tatarlar tarixi baxımdan Krımın yerli əhalisi olsalar da, Stalin dövründə kütləvi sürgünə məruz qalmış, yalnız sonradan qismən geri dönə bilmişdilər. Ukraynada “narıncı inqilab”dan sonra Qərbyönlü və rusiyapərəst qüvvələr arasında qarşıdurma daha da dərinləşdi, ölkə tədricən Qərb–Rusiya rəqabətinin açıq meydanına çevrildi. Bu zəiflik fonunda Krım məsələsi də kəskinləşdi və Ukrayna tərəfi bölgədə ciddi siyasi və hərbi müqavimət göstərə bilmədi".

Onun sözlərinə görə, eyni zamanda, NATO-nun Krımla bağlı hərbi-dəniz planlarının mövcudluğu barədə məlumatlar Rusiyanı sürətli addım atmağa sövq etdi. Moskva Sevastopolun və ümumilikdə Krımın NATO nəzarətinə keçə biləcəyi riskini nəzərə alaraq prosesi açıq toqquşmasız, mərhələli şəkildə həyata keçirdi. Yerli referendum keçirildi və rusdilli əhalinin böyük hissəsi Rusiyaya qoşulmaq istədiyini bəyan etdi. Bu proses fonunda Qərbin reaksiyası da sərt olmadı; formal etirazlar səsləndirilsə də, real təzyiq mexanizmləri işə salınmadı və faktiki olaraq səssiz barışıq yarandı.

Analitik həmçinin vurğulayıb ki, beynəlxalq passivlik yeni presedentlərə yol açdı:

"Bu hadisələr göstərdi ki, 2014-cü ilə qədər beynəlxalq sistemdə ciddi boşluqlar mövcud idi və bu boşluqlardan böyük güclər istifadə edirdi. Rusiya isə bu addımı ilə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaratdı. Oxşar vəziyyət daha əvvəl Azərbaycan–Ermənistan münaqişəsində də müşahidə olunmuşdu: ATƏT-in Minsk Qrupu, BMT və digər beynəlxalq institutlar illərlə passiv mövqe tutmuş, qəbul edilən qərarlar icrasız qalmışdı. Bu yanaşma yeni hüquq pozuntuları üçün zəmin yaratdı".

T. Abbasov sonda əlavə edib ki, Lukaşenko məsuliyyətin bir hissəsini zəif mövqe tutan tərəflərin üzərinə qoyur:

"Bu kontekstdə Lukaşenkonun mövqeyi müəyyən qədər anlaşılandır. O, Rusiyanın yaxın müttəfiqi kimi Moskvanı açıq ittiham etmək istəmir, eyni zamanda Qərbin sərt təzyiqləri rəsmi Minski daha ehtiyatlı davranmağa vadar edir. Lukaşenkonun yanaşmasına görə, əgər beynəlxalq ictimaiyyət qayda pozuntularına vaxtında və prinsipial reaksiya vermirsə, məsuliyyətin bir hissəsi də öz maraqlarını qoruya bilməyən, zəif mövqe tutan tərəflərin üzərinə düşür". 

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər