Hər şey 3 il əvvəl bitə bilərdi: "Qərbin "çökmüş Rusiya" xəyalı Ukraynanı məhv edir!"

Hər şey 3 il əvvəl bitə bilərdi: "Qərbin "çökmüş Rusiya" xəyalı Ukraynanı məhv edir!"
09.02.2026 17:17 Təhlil

Çexiyanın Baş naziri Andrey Babiş Ukrayna münaqişəsi sülhünün hələ 2022-ci ilin aprelində gerçəkləşə biləcəyini bildirib. Lakin Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun müdaxiləsi buna imkan verməyib. 


Maraqlıdır, həqiqətən də bölgədə sülhə Conson mane olub?

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov deyib ki, Babişın dedikləri tam həqiqətə uyğundur:

 

"Çünki reallıqda Moskva Ukrayna ilə danışıqlara hazır idi, sadəcə Boris Consonun müdaxiləsi tərəflərin masa arxasına oturmasına imkan vermədi".

Analitik qeyd edib ki, İngilislər, daha sonra isə avropalılar — Fransa, Almaniya, Polşa, Litva və digərləri — uzun müddətdir Ukraynanın silahlı birləşmələrini müharibəyə hazırlayırdılar. Bu məqsədlə ciddi maliyyə vəsaitləri ayırır, özlərinə məxsus bazalarda Ukrayna döyüşçülərini təlimatlandırırdılar. Onların əsas məqsədi müharibənin başlaması idi. Çünki faktiki olaraq Avropanın, xüsusilə də Böyük Britaniyanın planı Rusiyanı zəiflətməkdən ibarət idi. Sovet dövlətinin dağılmasından sonra bu dairələr Rusiya Federasiyasını diz çökdürmək niyyətindədirlər. Məhz bu baxımdan Babiş baş verən proseslərin əsl mahiyyətini və məğzini açıq şəkildə ortaya qoyur.

Analitikin qənaətincə, Çexiyanın, Macarıstanın, Slovakiyanın, eləcə də Polşanın mövqeyini başa düşmək olar. Çünki bu ölkələrin hamısı Ukrayna ilə birbaşa həmsərhəddir. Hansı dövlət istəyər ki, onun sərhədləri boyunca gərginlik ocaqları yaransın, dağıntılar olsun və müharibə alovu ətrafa yayılsın? Heç bir normal ölkə bunu istəməz.

Ekspert vurğulayıb ki, bu gün bizdə də bəzi məsuliyyətsiz yanaşmalar var: 

"Bəziləri deyir ki, “ABŞ İranı vursa, yaxşı olar”. Bu, kökündən yanlış mövqedir. Birincisi, ABŞ burada səhv mövqe tutur. İkincisi, suveren dövlətin daxili işlərinə qarışmaq qəbuledilməzdir. Üçüncüsü isə heç kimin başqa ölkənin sərhədləri yaxınlığında hərbi qüvvə toplayıb hədə-qorxu gəlməyə ixtiyarı yoxdur. Bunlar düzgün yanaşmalar deyil".

Dünya elə bir mərhələyə çatıb ki...

"Artıq artan yalnız risklər və qiymətlərdir. Belə şəraitdə insanlar öz təhlükəsizliklərini təmin etməyə, mümkün riskləri neytrallaşdırmağa çalışırlar. Bu başadüşüləndir. Lakin məsuliyyətsiz və qeyri-sağlam dəyərlərə söykənən qüvvələr yalnız müharibə istəyirlər".

Onun sözlərinə görə, Babiş də ölkəsinin yaxınlığında münaqişə və müharibə ocağının yaranmasını istəmir. Çünki hər an bir qığılcım sərhədi keçə və yeni ölkələri, yeni xalqları qarşıdurma girdabına sürükləyə bilər.

Ekspert diqqətə çatdırıb ki, Boris Conson həmin dövrdə bu proseslərdə kritik rol oynadı. O, bir neçə dəfə Kiyevə səfər etdi və hətta vəzifədən getdikdən sonra da Ukraynaya dəfələrlə gəldi. Burada açıq şəkildə şəxsi və siyasi maraqlar var idi. Lobbiçilik fəaliyyəti isə onlara real gəlir gətirirdi.


Şərhçi qeyd edib ki, formal şəkildə “dəstək” adı altında aparılan bu siyasət əslində insanlığa zərbə vururdu. Kiçik xalqlar və dövlətlər bir-birinə qarşı qoyulur, müharibə sifarişləri verilir, silah-sursat ötürülür və bütün bunların arxasında qazanc dayanır. Heç kim müharibə üçün heç nəyi təmənnasız vermir. Bu gün Donald Trampın mövqeyi də bunu açıq göstərir: o, Ukraynaya yardımı yalnız ödənişli əsaslarla mümkün sayır.

Politoloqun fikrincə, Ukraynanın o dövrdəki siyasi rəhbərliyi böyük səhvlərə yol verib: 

"Əgər danışıqlar vaxtında baş tutsaydı, Moskva ilə Kiyev razılığa gələ və müharibə riskini aradan qaldıra bilərdi. Təəssüf ki, bu baş vermədi.

T.Abbasov əlavə edib ki, bu gün Ukrayna cəmiyyətində dərin inamsızlıq və ruh düşkünlüyü müşahidə olunur: 

"Zelenski prezidentlik müddəti başa çatmasına baxmayaraq, müharibə şəraitini əsas gətirərək vəzifədən getmir və Qərbin müharibənin davam etdirilməsi ilə bağlı mövqeyini təkrarlayır. Halbuki ölkənin demoqrafik resursları tükənmək üzrədir və real perspektivlər getdikcə azalır".

Onun sözlərinə görə, bu proseslərdən heç birində xalq fayda görmədi. Ukrayna xalqı isə ən böyük itirən tərəf oldu. Ölkə raket zərbələri altındadır, iqtisadiyyat normal fəaliyyət göstərə bilmir və mövcud vəziyyət getdikcə ağırlaşır.

"Bu böyük faciədə məsuliyyət təkcə Ukraynanın daxili siyasi rəhbərliyinin deyil, həm də xaricdəki bəzi liderlərin — o cümlədən Boris Conson kimi Şərqi Avropada genişmiqyaslı müharibədə maraqlı olan siyasətçilərin üzərinə düşür. Onlar istədiklərinə nail oldular, lakin bunun bədəlini Ukrayna xalqı ödəyir", deyə - analitik fikrini tamamlayıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News