Gürcüstandan Ukraynaya uzanan yol: Kreml harada dayanacaq?

Gürcüstandan Ukraynaya uzanan yol: Kreml harada dayanacaq?
19.12.2025 15:27 Təhlil

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların liderlərindən olan Steni Hoyerin Rusiya Prezidenti Vladimir Putinlə bağlı açıqlamaları son illərin geosiyasi proseslərini aydın şəkildə əks etdirir. Hoyer Putini “diktator” adlandıraraq onun aqressiv siyasətinin təsadüfi deyil, illərdir davam edən ardıcıl xətt olduğunu vurğulayıb.

Konqresmenin fikrincə, Rusiya liderinin hərbi və siyasi fəaliyyəti təkcə Ukrayna ilə məhdudlaşmır. Moskva hələ 2008-ci ildə Gürcüstanla müharibəyə girərək Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələr üzərində faktiki nəzarətini möhkəmləndirdi. Həmin dövrdə Qərbin nisbətən birlik nümayiş etdirməsi və ABŞ-da Corc Buş administrasiyasının prinsipial mövqeyi Rusiyanın daha irəli getməsinin qarşısını aldı.

Rusiya eyni zamanda “dondurulmuş münaqişələr” vasitəsilə region dövlətlərinə təsir göstərməyə çalışıb. Moldovadakı Dnestryanı problem uzun illərdir Kremlin bu ölkəyə siyasi təzyiq aləti kimi istifadə olunur. Bu yanaşma Moskvanın birbaşa hərbi müdaxilə etmədən də təsir imkanlarını qoruduğunu göstərir.

Ukrayna məsələsində isə Rusiya beynəlxalq öhdəliklərini açıq şəkildə pozub. 1994-cü il Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünə zəmanət verən Moskva 2014-cü ildə Krımı işğal etdi. Həmin vaxt Rusiyanın bununla kifayətlənməyəcəyi barədə xəbərdarlıqlar səsləndirilirdi və bu proqnozlar 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi hücumla təsdiqləndi.

Hazırda Kremlin Donbasla bağlı tələbləri də eyni siyasətin davamı kimi qiymətləndirilir. Tarixi təcrübə göstərir ki, Rusiyanın müəyyən ərazilərlə dayanacağına ümid etmək real deyil. Vladimir Putinin “Rusiyanın sərhədləri heç yerdə bitmir” fikri də bu yanaşmanın ideoloji əsasını açıq şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Steni Hoyerin açıqlamaları Rusiyanın davranış modelinə dair ciddi xəbərdarlıq xarakteri daşıyır. Donbasla bağlı istənilən güzəşt Kremlin növbəti mərhələdə yeni ərazi iddiaları ilə çıxış etməsi riskini artırır. Bu baxımdan məsələ təkcə Ukraynanın taleyi deyil, bütövlükdə regional və beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi ilə bağlıdır.                                  

Zeynal Əmrəliyev

NEWS FEED
15 JUNE 2026
Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 All News