Ən böyük kral kralın özüdür! - Britaniya Trampa yerini göstərdi

Ən böyük kral kralın özüdür! - Britaniya Trampa yerini göstərdi
29.04.2026 14:58 Təhlil

Dünən, aprelin 28-də Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresinin hər iki palatasının birgə iclasında tarixi çıxış etdi. Bu, 1991-ci ildə anası II Yelizaveta kraliçanın çıxışından sonra bir Britaniya monarxının Konqres qarşısında ikinci belə müraciəti idi və çıxış Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyi münasibətilə keçirilirdi.

Kral Çarlz nitqində əsasən ABŞ və Böyük Britaniya arasında mövcud olan “xüsusi əlaqələr”ə vurğu etdi. O, iki ölkənin ortaq tarixini, dəyərlərini və demokratiya prinsiplərini xatırladaraq, müxtəlifliklərə baxmayaraq hər iki xalqın birgə mübarizə apardığını, ticarət etdiyini və çətin anlarda bir-birinin yanında dayandığını qeyd etdi. Çarlz “nə qədər fərqlərimiz olsa da, demokratiyanı qorumaq və xalqlarımızı müdafiə etmək öhdəliyində birləşirik” mesajını verdi.

Nitqdə NATO ittifaqının önəmi xüsusilə vurğulandı. Kral 11 sentyabr hadisələrindən sonra ABŞ-nin NATO-nun 5-ci maddəsini işə saldığını xatırladaraq, indi də Ukraynanın müdafiəsi üçün oxşar birlik və dəstəyin vacibliyini bildirdi. O, qlobal qeyri-müəyyənlik və münaqişələr fonunda Avropa ilə Amerika arasındakı tərəfdaşlığın heç vaxt bu qədər vacib olmadığını vurğuladı.

Çıxış zamanı Kral Çarlz “checks and balances” (qarşılıqlı nəzarət və balans) mexanizminin vacibliyindən danışanda Konqres üzvləri ayağa qalxaraq alqışladılar. Eyni zamanda o, zorakılığa qarşı çıxaraq sülhə çağırış etdi və “kürəkləri qılıncla dəyişdirməmək” kimi ifadələrlə gərginliklərin azaldılmasını arzuladı. Nitqdə ümumilikdə birləşdirici və diplomatik ton hiss olunurdu, görünür ki, o,  siyasi mübahisələrdən uzaq durmağa çalışır.

Ümumilikdə, III Çarlzın bu çıxışı ABŞ–Böyük Britaniya münasibətlərini möhkəmləndirmək və ortaq dəyərləri önə çıxarmaq məqsədi daşıyırdı. Lakin Çarlzın parlaq nitqində Trampa və bütün Amerikaya incə, amma çox aydın bir mesaj verildi: ABŞ-də demokratiyanın, hüquqi dövlətin və hakimiyyət qollarının müstəqilliyinin ən böyük təminatçısı məhz Britaniyanın Kral Evidir. Tarixi köklərə, ortaq dəyərlərə və “xüsusi münasibətlər”ə istinad edərək sanki deyirdi: “Siz müstəqillik aldınız, amma o ruhu, o tarazlığı bizdən öyrəndiniz və hələ də bizə ehtiyacınız var.”

Bu, sadəcə bir monarxın çıxışı deyildi. Əsl siyasi postmodernizm idi. Burdan görünür ki, ən böyük kral elə  kralın özüdür! Bir tərəfdən simvolik hakimiyyət, digər tərəfdən isə yumşaq gücün ən yüksək səviyyəsi. O, birbaşa tənqid etmir, heç kimi aşağılamır, amma mesajı aydındır:  “Biz buradayıq, biz ənənəyik, biz sabitliyik. Siz isə hələ də o dalğalanan demokratiyanın içindəsiniz.”

Çarlz danışanda Konqres zalı ayağa qalxıb alqışlayırdı – həm demokratlar, həm respublikaçılar. Çünki o, siyasi mübarizədən yuxarıda dayanmış kimi görünür. Amma əslində məhz bu “yuxarıda dayanma” effekti ilə ən güclü siyasi mesajı verir. Tramp kimi “America First” deyən bir liderə qarşı belə incə, aristokratik üslubda “yerini xatırlatmaq” – bu, Britaniya diplomatiyasının klassik ustalıq nümunəsidir.

Ən maraqlısı odur ki, Kral özü konstitusion monarx kimi neytral qalmalıdır, amma nitqindəki bütün o incə işarələr (NATO, birlik, izolyasiyanın təhlükəsi, hakimiyyət qollarının tarazlığı) tamamilə müəyyən bir siyasi xətti dəstəkləyirdi. Liberal dəyərləri müdafiə edən, qlobal əməkdaşlığı ön plana çəkən xətt.

Bir tərəfdə seçkilərlə gələn, dalğalı, hər gün mübarizə aparan liderlər, digər tərəfdə isə yüzillərlə davam edən, sadəcə varlığı ilə ağırlıq yaradan bir institut. Belə mütləq, amma görünməz hakimiyyətə həsəd aparmamaq əldə deyil.

Ümumilikdə götürəndə, Kral nəzakətli və diplomatik çıxış etsə də, mesajın gücü danılmazdır. Britaniya Trampa yerini göstərdi.  Amma  kobud deyil,  açıq qarşıdurma kimi yox. Bu klassik Britaniya üslubudur: gülümsəyə-gülümsəyə iynə vurmaq.

Jalə Rövşən

NEWS FEED
16 JUNE 2026
Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 All News