Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"

Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"
15.09.2025 17:31 Təhlil

Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşü “nisbətən tezliklə” baş tuta bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “çox yüksək dərəcədə antipatiya” mövcuddur. Buna görə də Tramp istisna etməyib ki, bütün danışıqları şəxsən özü aparmalı olacaq.


Bəs tərəflər buna razı olacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tramp özünü “unikal vasitəçi” kimi təqdim edir. Hesab edir ki, şəxsi nüfuzu və “sövdələşmə qabiliyyəti” sayəsində Putin və Zelenskini danışıqlar masasına gətirə bilər.


Ekspertə görə, real siyasətdə bu, olduqca çətindir:

"Çünki tərəflər arasında yalnız şəxsi antipatiya deyil, həm də fundamental maraq ziddiyyətləri mövcuddur: Ukrayna öz ərazi bütövlüyünü tam bərpa etmək niyyətindədir, Rusiya isə Krımı və işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Zelenski dəfələrlə bəyan edib ki, Donbası Rusiyaya verməyəcək. Çünki bu, Ukrayna Konstitusiyasına ziddir və prezident hər şeydən öncə həmin Konstitusiyanın qarantıdır. Lakin böyük beynəlxalq təzyiq olarsa, Kiyev formal olaraq Trampın vasitəçiliyinə razılıq verə bilər.


Putin isə Donbasın nəzarətsiz qalan ərazilərinin ona təhvil verilməsini tələb edir. Həmçinin o, Zelenskinin dəyişdirilməsində daha çox maraqlıdır. Kreml eyni zamanda sanksiyaların yumşaldılmasını və Qərbin parçalanmasını hədəfləyir. Bu məqsədlərin bəzilərinə nail olmaq üçün Moskva belə dialoqa formal şəkildə razılaşa bilər".

K.Sultanlı diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa belə, real və davamlı sülh sazişinin əldə olunması ehtimalı aşağıdır. Daha çox bu, Trampın siyasi imicini gücləndirməyə xidmət edən “şou-diplomatiya” xarakteri daşıya bilər. Paralel olaraq həm Rusiya, həm də Ukrayna Trampı öz mövqelərinə yaxın saxlamaq üçün belə təşəbbüslərə gedə bilərlər.


"Trampla münasibətlər hər iki tərəf üçün önəmli olduğundan, formal danışıqlar mümkündür. Amma ümumilikdə, yaxın perspektivdə sülhün bərqərar olması real görünmür. Atəşkəs olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq", - deyə siyasətçi fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər