Təl-Əviv şərtləri açıqladı: Ya İran BOMBALANACAQ, ya da...

Təl-Əviv şərtləri açıqladı: Ya İran BOMBALANACAQ, ya da...
02.02.2026 17:32 Təhlil

Təl-Əviv İranla mümkün sülh razılaşması üçün irəli sürdüyü əsas şərtləri açıqlayıb. 

Rəsmi mövqeyə görə, bu şərtlər Tehranın nüvə, raket və regional siyasətində köklü dəyişiklikləri nəzərdə tutur.

Şərtlər arasında uranın zənginləşdirilməsinin tam dayandırılması, mövcud nüvə ehtiyatlarının təhvil verilməsi, ballistik raket proqramından imtina və regiondakı proksi qüvvələrə dəstəyin kəsilməsi yer alır.

Bəs İran bu şərtləri qəbul edərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Samir Hümbətov bildirib ki, İsrailin İrana qarşı irəli sürdüyü şərtlər Tehranın mövcud təhlükəsizlik doktrinası ilə uzlaşmır:


“İsrail elə şərtlər irəli sürür ki, İran onları qəbul edə bilməz. Bu şərtlərin qəbul edilməsi İranın hazırda mövcud olan təhlükəsizlik doktrinasının birbaşa pozulması, yəni ölkənin təhlükəsizlik arxitekturasının dağılması deməkdir. Bu isə İrana sərf etmir. İranın regional ambisiyaları və bölgə ilə bağlı öz maraqları var. Sanki belə bir vəziyyət yaranır ki, İsrail İranı bu müstəvidən tamamilə uzaqlaşdırmaq istəyir”.

Politoloqun sözlərinə görə, mövcud vəziyyətdə İsrail İran qarşısında faktiki olaraq sərt seçim qoyur:

“Belə görünür ki, İsrail elə bir seçim qarşıya qoyub: ya ABŞ və İsrail birlikdə İranı bombalayacaq, müharibə yolu ilə rejimi çökdürəcək, ya da İran bu şərtləri qəbul edərək sürətli bir çöküş yaşayacaq”. 

Samir Hümbətov bildirib ki, İranın illərdir formalaşdırdığı imkanlardan geri çəkilməsi real görünmür:   

“İran təxminən 20 ilə yaxındır ki, 400 kiloqram zənginləşdirilmiş uran üzərində işləyir və onu hazırlayır. Əgər bu qədər müddət ərzində belə həcmdə zənginləşdirilmiş uran ehtiyatı formalaşdırıbsa, eyni zamanda uzaqmənzilli raket sistemlərini öz təhlükəsizliyi üçün əsas prioritet hesab edir və onları genişləndirirsə, üstəlik proksi qruplar vasitəsilə regional maraqlarını təmin edirsə, bundan imtina edərmi?”.

Ekspertin fikrincə, bu yanaşma danışıqların perspektivini faktiki olaraq aradan qaldırır:

“Açıq şəkildə görünür ki, danışıqlar mümkün olmayacaq. Böyük ehtimalla, bu, artıq yeni müharibənin anonsudur. Yəni sanki İsrail demək istəyir ki, ya sən özün dağıl, ya da mən səni dağıdacağam. Bu şərtlərlə nə İranın, nə də İrana dəstək verən güclərin razılaşacağı görünür”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər