"Cırtdan dövlət" MÜHARİBƏYƏ QOŞULUR? - Bəşər Əsəddən sonra növbə...

"Cırtdan dövlət" MÜHARİBƏYƏ QOŞULUR? - Bəşər Əsəddən sonra növbə...
23.02.2026 13:34 Təhlil

Qətər Silahlı Qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında artan hərbi gərginlik fonunda müharibəyə hazırlaşır. Bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.

Kanal Qətərin regional müharibə ssenarisinə hazırlaşdığını və xəbərdarlıq sistemlərinin sınaqdan keçirilməsini başa çatdırdığını bildirib.  

Bəs Qətər mümkün ABŞ-İran münaqişəsinə qoşula bilərmi?  

Sözügedən mövzunu TodayPress TV-yə politoloq Rufiz Hafizoğlu şərh edib.  


O, qeyd edib ki, bu gün regionda çox ciddi böhran yaşanır və bu böhran müxtəlif amillərdən qaynaqlanır:

"Burada həm İsrailin aqressiv siyasəti, həm də İranın proksi qüvvələr vasitəsilə regionda gərginliyi artırması və paralel şəkildə nüvə proqramını inkişaf etdirməsi amili var. Artıq bunun nəticələrini görürük". 

Ekspert vurğulayıb ki, Qəzzada “Əqsa tufanı” başlayandan sonra yeni Yaxın Şərqin formalaşması məsələsi gündəmə gəlib. Bu proses eyni zamanda yeni dünya düzəninin başlanğıcı kimi də qiymətləndirilir. Bunun müsbət və ya mənfi olması ayrıca müzakirə mövzusudur.


Analitikin fikrincə, hazırda BMT struktur olaraq öz funksiyalarını tam yerinə yetirə bilmir. Dünya müəyyən mənada İkinci Dünya müharibəsi öncəsi dövrünü xatırladır. O zaman mövcud olan Millətlər Liqası da effektiv deyildi və nəticədə buraxıldı.

"Regionda maraqlar toqquşur: bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və onun proksi qüvvələri — İraq, Livandakı “Hizbullah”, husilər dayanır. Vaxtilə Bəşər Əsəd rejimi də bu sırada idi", - o deyib.

SADƏCƏ İDDİA...

Ekspert diqqətə çatdırıb ki, Qətərin müharibəyə hazırlaşması iddiaları inandırıcı görünmür: 

"Qətər kiçik dövlətdir və əhalisinin böyük hissəsi əcnəbilərdir. Üstəlik, ölkədə ABŞ və Türkiyənin hərbi bazaları var. Buna görə Qətərin təkbaşına müharibəyə hazırlaşması real görünmür. Bununla belə, Qətər bu gün Yaxın Şərqdə kifayət qədər təsirli diplomatik oyunçudur və Misirlə Birləşmiş Ərəb Əmirlikləri səviyyəsində fəal mövqe tutur".

ABŞ-İRAN QARŞIDURMASI OLARSA... 

Analitik “ABŞ və İran arasında hərbi münaqişə baş verərsə, Qətər hədəfə çevrilə bilərmi?” sualına belə aydınlıq gətirib:


“Bir müddət əvvəl İsrailin Qətərdə HƏMAS rəhbərliyinə qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu. Bundan sonra ABŞ açıqladı ki, Qətərə hücum ABŞ-yə hücum kimi qiymətləndiriləcək. Bu mövqe Qətərin mümkün qarşıdurmada açıq şəkildə ABŞ tərəfdə yer almasını təmin etməyə yönəlmiş addım kimi görünür". 

R.Hafizoğlu sonda bildirib ki, İranla ABŞ və ya İsrail arasında hərbi qarşıdurma ehtimalı qalır. Bunun nə vaxt və hansı formada baş verəcəyi bəlli deyil. Lakin İranın proksi qüvvələri zərərsizləşdirilmədən birbaşa qarşıdurmanın çətin olacağı aydındır. Son proseslər də göstərir ki, bölgədə baş verən hadisələr heç də təsadüfi deyil. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 All News