Azərbaycanın TÜRKPA-ya sədrliyi: Mühüm addımlar və hədəflər

Azərbaycanın TÜRKPA-ya sədrliyi: Mühüm addımlar və hədəflər
12.06.2025 13:59 Təhlil

İyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclaslarında sədrlik Azərbaycandan növbəti dəfə Qazaxıstana keçib. 

Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, sədrliyi hər il bir Türk dövləti üstlənsədə, TÜRKPA Katibliyinin Bakı şəhərində yerləşməsi və beynəlxalq təşkilat statusuna malik olan qurum kimi fəaliyyətinin təsirli olması Azərbaycanı daha çox maraqlandırır. 

Ona görə də, ölkəmiz bu məsələdə quruma rəhbərliyi sadəcə rotasiya qaydasında təhvil alıb, ötürən ölkə olmaqla kifayətlənmir, həm də bu qurumun beynəlxalq bir təşkilat kimi nufuzunun artırılmasına çalışır. 

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) bütün dünyada söz sahibi bir gücə çevrilməsi üçün bu təşkilat çərçivəsində yaradılmış bütün alt qurumların fəaliyyəti bir-birilə sinxron şəkildə əlaqələndirilməlidir. Xüsusilə, qanunvericilik bazasının formalaşmasında və təkmilləşdirilməsində ortaq dəyərlərdən faydalanmaq, onlara əsaslanmaq birliyimzi daha da gücləndirən bir vasitə ola bilər.  

Ekspert əlavə edib ki, TÜRKPA-nın əsas məqsədi Türk dövlətləri parlamentlərarası əməkdaşlığı gücləndirmək və genişləndirmək olsa da, digər region ölkələri, o cümlədən Avropa ölkələri ilə qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə də cəhd edilməlidir. 

“Biz bəzən Avropa Parlamentinin və ya yaxud digər qurumların ölkələrimizə qarşı qərəzli münasibətinə də rast gəlirik. Zaman-zaman Türkiyə və Azərbaycana qarşı xüsusilə, Avropa Parlamentinin neqativ yanaşmalarına da şahid oluruq. Hesab edirəm ki, bu cür məsələlərdə də vahid mövqe sərgiləmək, konsalidasiyalı bir şəkildə mövqe ortaya qoymaq bizim qurumların da haqqı olmalıdır” deyə o, fikrini yekunlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Azərbaycanın TÜRKPA-ya sədrliyi: Mühüm addımlar və hədəflər — 1
XƏBƏR LENTİ
17 IYUN 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Bütün Xəbərlər