“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış

“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış
17.03.2026 18:38 Təhlil

Fars körfəzində İrana qarşı hərbi əməliyyatların müddəti uzandıqca, regionun varlı ərəb dövlətlərinin iqtisadi itkiləri də həndəsi silsilə ilə artmaqdadır. Lakin iqtisadi ziyanın böyüməsinə baxmayaraq, bu ölkələrin siyasi prioriteti dəyişməz qalır.


“Reuters” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatlar göstərir ki, münaqişənin ilkin mərhələsində ehtiyatlı mövqe nümayiş etdirən bəzi ərəb paytaxtları, hazırda Vaşinqtonu hərbi prosesi yarımçıq qoymamağa və başladığı işi sona çatdırmağa çağırırlar. 

Maraqlıdır, bu yanaşma nədən xəbər verir?

Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev bildirib ki,  körfəz ölkələrinin mövqeyinin ilk baxışda ziddiyyətli görünsə də, əslində qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablamasına əsaslandığını deyib:


“Bu, ilk baxışda ziddiyyətli görünür, amma əslində körfəz ölkələrinin davranışı daha çox qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablaması ilə izah olunur. Bunun da bir neçə əsas səbəbi var:

1.  İranın regional təsirindən strateji qorxu.

Səudiyyə Ərəbistanı, BƏƏ və digərləri üçün əsas təhlükə təkcə müharibə deyil, İranın uzunmüddətli hegemonluğudur. Hər kəsə bəllidir ki, İran İraq, Suriya, Livan və Yəməndə çox ciddi təsir şəbəkəsi qurub. Körfəz ölkələrini raket və dronlarla dolayı təhdid edə bilir. Onlar düşünür ki, əgər ABŞ yarımçıq dayanarsa, İran daha da güclənəcək və “qalib çıxmış güc” kimi regionda diktə etməyə başlayacaq. Bu isə onlar üçün müvəqqəti iqtisadi zərərdən daha təhlükəlidir.

2. “Yarımçıq müharibə” qorxusu.

Bu körfəz ölkələri üçün ən pis ssenaridir. Müharibə başlayır, amma İran zəiflədilmədən bitir. Bu halda İran qisas motivasiyası ilə daha aqressiv ola bilər. Enerji infrastrukturlarına hücumlar arta, körfəz ölkələri birbaşa hədəfə çevrilə bilər. Ona görə də onlar deyirlər ki, əgər artıq başlanıbsa, nəticə alınmalıdır.

3. ABŞ-nin təhlükəsizlik zəmanətinə bağlılıq.

Bu ölkələrin təhlükəsizlik modeli böyük ölçüdə ABŞ-ə dayanır. Əgər ABŞ geri çəkilərsə, onun regiondakı etibarlılığı zəifləyər və körfəz ölkələri özlərini daha həssas hiss edər. Bu baxımdan, onlar Vaşinqtonu qətiyyətli görünməyə məcbur etməyə çalışırlar.

4. İqtisadi zərər və geosiyasi qazanc balansı.


Bəli, qısa müddətdə neft infrastrukturu risk altındadır, sığorta və logistika xərcləri artır. Amma uzun müddətdə əgər İran zəifləyərsə və ya məhdudlaşdırılarsa, körfəz ölkələri üçün daha sabit enerji bazarı və siyasi mühit yarana bilər.

5. Daxili və regional rəqabət faktoru.

Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu həm də İranla ideoloji (sünni–şiə) siyasi liderlik rəqabətidir. İranın zəifləməsi onların regiondakı mövqeyini gücləndirir”.

Ekspertin sözlərinə görə, bu ölkələr müharibəni istəmirlər, amma başlanmış müharibənin nəticəsiz qalmasından daha çox qorxurlar:

“Onların məntiqi belədir: “Əgər artıq qiymət ödəyiriksə, bu qiymət strateji nəticə verməlidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər