Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL

Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL
22.07.2026 11:06 Təhlil

Son dövrlər Azərbaycanda rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik tədbirlərinin də əhəmiyyətli dərəcədə artırıldığının şahidi oluruq. Rəqəmsal İnkişaf Şurasının iclasında Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən informasiya təhlükəsizliyinin xüsusi prioritet kimi göstərilməsi də bu sahəyə diqqətin ən yüksək səviyyədə olduğunu göstərir.

Bəs görəsən, son dövrdə ölkədə kibertəhlükəsizlik tədbirlərinin bu dərəcədə gücləndirilməsini zəruri edən əsas səbəblər hansılardır?

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, Azərbaycanda kibertəhlükəsizlik tədbirlərinin görünməmiş dərəcədə artması həm regional rəqəmsal geostrateji reallıqlar, həm də ölkə daxilində həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma prosesləri ilə birbaşa əlaqələndirilə bilər. Bu tendensiyanın formalaşmasında bir neçə əsas amilin rol oynadığı ehtimal edilir.

"İlk növbədə, dövlət xidmətlərinin, maliyyə-bank sektorunun və kritik milli infrastrukturun sürətlə rəqəmsal müstəviyə keçməsi kiberməkanda qorunmalı sərhədlərin miqyasını genişləndirib. Müxtəlif dövlət portalları, elektron xidmət platformaları və dövlət bulud infrastrukturlarının inteqrasiyası böyük həcmdə kritik məlumatların vahid ekosistemdə cəmləşməsinə gətirib çıxarıb. Bu cür strateji məlumat bazalarının və kritik milli infrastrukturun kənar müdaxilələrdən, fişinq və avtomatlaşdırılmış kiberhücumlardan qorunması təhlükəsizlik standartlarının ən yüksək səviyyəyə qaldırılmasını zəruri edə bilər", – deyə ekspert bildirib.

Mütəxəssisin qənaətincə, diqqət çəkən digər məqam qlobal və regional müstəvidə kibertəhdidlərin, eləcə də hibrid təhdidlərin kəskin artmasıdır:

"Son dövrlərdə istər dövlət qurumlarına, istərsə də media və özəl sektora qarşı həyata keçirilən mürəkkəb xarakterli kiberhücumlar, xüsusilə kritik informasiya infrastrukturu obyektlərinin dayanıqlılığının artırılmasını gündəmə gətirib. Bu çərçivədə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi üzrə normativ-hüquqi bazanın gücləndirilməsi, aidiyyəti dövlət qurumlarının audit və monitorinq mexanizmlərini sərtləşdirməsi preventiv addımlar kimi qiymətləndirilə bilər."

O diqqətə çatdırıb ki, kibertəhlükəsizlik sistemlərinin qurulmasında yalnız texnoloji alətlərə və inzibati qadağalara söykənmək əvəzinə, dövlət-özəl tərəfdaşlığına əsaslanan hibrid modelə üstünlük verilməsi daha effektiv yanaşmadır:

"Hibrid modeldə dövlət tərəfindən milli təhlükəsizlik arxitekturası, bulud infrastrukturu və normativ çərçivə tam təmin edildiyi halda, özəl təşkilatların, İKT assosiasiyalarının və kibermütəxəssislərin daxil olduğu ekosistem rəqəmsal gigiyenanın, institusional bacarıqların və kiberdözümlülüyün artırılmasına töhfə verə bilər. İnfrastruktur gücü ilə insan kapitalının bu cür sinerjisinin ölkənin rəqəmsal suverenliyinin qorunmasında və strateji kiberdayanıqlılığın təmin edilməsində əsas dayaq rolunu oynaya biləcəyi ehtimal olunur."

Qeyd edək ki, ekspertin qeyd etdiyi məqamlar son aylarda atılan rəsmi addımlarla da üst-üstə düşür.

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində qəbul olunan yeni yol xəritəsində kibertəhlükəsizlik əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Xatırladaq ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da informasiya təhlükəsizliyi, süni intellekt və rəqəmsal transformasiya üzrə koordinasiyanın gücləndirilməsi əsas müzakirə mövzuları oldu. İclasda 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində Milli Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin, Milli Kiberinsidentlərə Cavab Mərkəzinin, Rəqəmsal Kriminalistika Mərkəzinin və dövlətlə özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının yaradılması istiqamətində işlərin davam etdiyi bildirildi. 

Bugünkü reallıq da  göstərir ki, rəqəmsallaşma nə qədər sürətlənirsə, kibertəhlükəsizlik də bir o qədər ön plana çıxır. Artıq söhbət təkcə kompüterlərin və ya internet saytlarının qorunmasından getmir. Dövlət məlumat bazaları, bank sistemləri, xəstəxanalar, enerji infrastrukturu və milyonlarla vətəndaşın şəxsi məlumatı rəqəmsal mühitdə olduğu üçün istənilən kiberhücum daha ciddi nəticələr yarada bilər. Bu baxımdan Azərbaycanda kibertəhlükəsizlik sahəsində son dövrlər müşahidə olunan aktivlik qlobal tendensiyalara uyğun və ölkənin rəqəmsal inkişafının məntiqi davamıdır. 

Jalə Rövşən

XƏBƏR LENTİ
22 IYUL 2026
Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Azərbaycan dronları artıq "Shahed"lərdən üstündürmü? 10:14 Bütün Xəbərlər