Ağrı dağı pasportlardan SİLİNİR: Ermənistan geri çəkilir?

Ağrı dağı pasportlardan SİLİNİR: Ermənistan geri çəkilir?
15.09.2025 15:31 Təhlil

Ermənistan uzun illərdir öz dövlət rəmzlərində Ağrı dağının təsvirinə xüsusi yer verərək onu milli kimlik simvolu kimi təqdim etməyə çalışır. 

Halbuki bu dağ tarixi və coğrafi baxımdan ermənilərə deyil, Türkiyəyə məxsusdur və ölkənin ən yüksək dağıdır. Hələ XIX əsrdən etibarən Avropa səyyahlarının uydurduğu “Ararat” adı üzərindən erməni ideoloqları dağın mənşəyini saxtalaşdıraraq xalqın yaddaşına yerləşdirməyə cəhd ediblər. SSRİ dövründən bəri Ermənistan gerbində Ağrı dağının təsviri saxlanılsa da, onun üzərindəki Nuhun gəmisi simvolu da yer alır. Bu, ermənilərin əsassız şəkildə özlərini qədim mədəniyyətlərin mirasçısı kimi göstərmək istəyindən qaynaqlanır.

Ağrı dağının erməni dilindəki ənənəvi adı Masisdir. Tarixi mənbələr sübut edir ki, “Ararat” anlayışı qədim Urartu dövlətindən, “Masis” adı isə iran mənşəli sözlərdən qaynaqlanır. Yəni bu simvolların erməni xalqı ilə heç bir real bağlılığı yoxdur. Məhz bu səbəbdən Ermənistanın dövlət rəmzlərində Ağrı dağı əsassız iddiaların və saxta təxəyyülün məhsulu kimi təqdim edilir.

Dağın təsviri Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanında da yer alır. Lakin rəsmi İrəvan qərar verib ki, noyabrın 1-dən etibarən Ağrı dağının təsviri artıq ölkənin giriş-çıxış sərhəd nişanlarında istifadə olunmayacaq.


Ermənistanın bu qərarı necə qiymətləndirilməlidir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın pasport möhürlərindən Ağrı dağının təsvirini çıxarması ilk baxışda simvolik dəyişiklik kimi görünə bilər, lakin bu simvolun illərlə dövlət atributlarında yer alması sadəcə "nostalji" deyil, işğalçı zehniyyətin vizual ifadəsidir:


"Ağrı dağı Ermənistan ərazisində yerləşmir, lakin onun pasportlarda təsvir olunması ərazi iddiasının rəsmi səviyyədə legitimləşdirilməsinə yönəlmiş addım idi. Bu, Ermənistanın tarixə deyil, geosiyasi ambisiyalara əsaslanan simvolik işğal siyasətinin göstəricisidir. Belə simvollar vasitəsilə Ermənistan öz vətəndaşlarına və beynəlxalq ictimaiyyətə subliminal mesajlar ötürürdü. Möhürlərdə Ağrı dağının yer alması Türkiyəyə qarşı ərazi iddiasının vizual forması idi. Bu, həm də Azərbaycanın maraqları baxımından təhlükəli presedent yaradırdı. Ermənistanın bu cür simvolik siyasəti regionda sabitliyə və əməkdaşlığa ziddir. Ağrı dağının təsvirinin çıxarılması Ermənistanın işğalçı zehniyyətdən uzaqlaşmaq cəhdi kimi təqdim olunsa da, bu addımın gecikmiş və məcburi xarakter daşıdığı aydındır".

Ekspertə görə, Azərbaycan üçün bu dəyişiklik Ermənistanın simvolik təxribatlarının neytrallaşdırılması baxımından müsbət addım olsa da, köklü zehniyyət dəyişikliyi anlamına gəlmir. Ermənistanın işğalçı siyasəti yalnız vizual simvollarla deyil, real ərazi iddiaları və hərbi təcavüzlərlə özünü göstərib. Qarabağ və ətraf rayonların işğalı bu zehniyyətin konkret nəticəsidir. Ağrı dağı simvolu bu ideologiyanın "mədəni" kodlaşdırılmış forması idi. Azərbaycanın maraqları bu cür simvolik iddiaların tamamilə aradan qaldırılmasını tələb edir. 

T.İsmayılov, həmçinin əlavə edib ki, Ermənistan yalnız simvolik deyil, hüquqi və siyasi səviyyədə də işğalçı ritorikadan imtina etməlidir:

"Ağrı dağının pasportlardan çıxarılması ardıcıl siyasətlə müşayiət olunarsa, regionda yeni mərhələnin başlanğıcı ola bilər. Azərbaycan bu prosesləri diqqətlə izləyir və strateji mövqeyini qoruyaraq diplomatik üstünlüyünü davam etdirir. Ermənistanın simvolik geri çəkilməsi onun real siyasətində də dəyişikliklərə səbəb olmalıdır".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər