Suverenlik rəqəmlərdə deyil, ruhdadır!

Suverenlik rəqəmlərdə deyil, ruhdadır!
19.09.2025 11:05 Təhlil

Suverenlik anlayışının izahı sadə, lakin onun qazanılması və mahiyyəti bir o qədər mürəkkəbdir. 

Necə ki, Azərbaycan da bu anlayışı asanlıqla qazanmadı və mənimsəmədi. 

Bu anlayış üçün illər ötdü, qanlar töküldü. 

Necə deyərlər, Azərbaycan bunu haqq etdi!

Əlbəttə, bəzi məsələləri obrazsız, pafossuz izah etmək mümkün deyil. Xalqlar bəzən məhz bu anlayışı qazanmaq, bu məqama çatmaq üçün əsrlərlə mübarizə aparır. 

Elə lap Azərbaycan misalı, Azərbaycan apardığı və qazandığı kimi!

Bəs bu necə olur? 

Məsələn, bir vaxtlar “Qarabağ” anlayışı 90-cı illərdə doğulmuş bir azərbaycanlı üçün çox da bir şey ifadə etməyə bilər, Qarabağ deyəndə ağlına ancaq futbol klubu da gələ bilərdi. Ancaq həmin illərdə doğulan bir erməni üçün Qarabağ artıq vətən anlayışı demək idi. Fəqət necə bir vətən? Əlbəttə, özünün olmayan, “ölməyə yaxşı olmayan” vətən anlayışı!

Nəhayət, Qarabağ əsl sahibinə suverenliklə birgə qayıtdı. 

İndi bu torpaqlar bütün azərbaycanlıların vətən anlayışıdır: həm də həqiqi vətən, məhz elə “ölməyə vətən yaxşı” vətən!

Bəli, suverenlik yalnız qanun və siyasi qərarlarla məhdudlaşan bir məhfum deyil. Bu, həm də bir xalqın və hər bir kəsin ayrılıqda özünü ifadə etmək formasıdır. Üstəlik, suverenlik rəqəmlərdə yox, ruhdadır!

Bu gün Azərbaycan ərazilərində başqa dövlətlərin marağı tətbiq olunmursa, qanunlar azad şəkildə və dövlət tərəfindən idarə olunursa, mütləq hakimiyyətin gücü görsənirsə, demək, suverenlik həm də budur!

Suverenlik təkcə dövlətin gücünü göstərmək deyil, eyni zamanda, xalqın birliyi, iradəsidir. 

Elə xalqın birliyi, iradəsi nəticəsində də 1991-ci ildə qazanılan bu müstəqillik, suverenlik 2023-cü ilin sentyabrında daha da möhkəmləndi.

İndi bu məqamda tək bir məsələ qalır: bir zamanlar bu anlayışı təbii səbəblərdən dərk etməyən fərdlərə izah etmək, suverenliyin nə demək olduğunu bildirmək!

Tarixə həkk olunan gün: 20 sentyabr - Dövlət Suverenliyi Günü!

"Suverenlik yalnız dövlətlə bağlı deyil, həm də insan şüurundan keçir". 

Bu sözləri Politoloq Natiq Miri TodayPress TV-yə açıqlamasında deyib. 


"Bu tarix yalnız rəmzi bayram deyil, həm də Azərbaycanın bütün ərazilərində qanunvericiliyi bərpa edərək və müstəqil siyasi iradəsini təsdiqləyərək 200 illik qlobal planın üzərindən xətt çəkdiyi gündür".

“Bir dövlətin qanunları onun bütün tərkib hissələrində keçərli olmalıdır”

Onun sözlərinə görə, suverenlik yalnız dövlət üçün deyil, həm də hər bir fərd üçün azad və müstəqil olmaq deməkdir.

"Bir dövlətin suverenliyi onun bütün ərazilərində qanunvericiliyin tətbiqinin mümkünlüyündən keçir. Yəni ki, bir dövlətin qanunları onun bütün tərkib hissələrində keçərli olmalıdır. İkinci vacib məsələ isə müstəqil siyasi iradəyə sahib olmaqdır".

“Bu gün Ermənistanda ictimai-siyasi qarşıdurmalar məhz suveren olmaq cəhdləri ilə bağlıdır”

Ekspert qeyd edir ki, dünyada dövlət adı daşıyan bir çox subyektlər var. Məsələn, Ermənistan 1991-ci ildən bəri heç vaxt tam müstəqil olmayıb və həmişə Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarını ifadə edib. Bu gün Ermənistanda ictimai-siyasi qarşıdurmalar məhz suveren olmaq cəhdləri ilə bağlıdır və bunu Paşinyan həyata keçirir:

“Azərbaycanda isə Dövlət Suverenliyi Günü 2023-cü ilin sentyabrın 20-si ilə bağlıdır. O gün Azərbaycan Qarabağda mövcud separat rejimə qarşı bir günlük antiterror əməliyyatı keçirdi. Əslində, bu əməliyyat yalnız separat rejimə qarşı deyil, həm də 200 ildən artıq müddət ərzində Azərbaycanın üzləşdiyi qlobal təzyiqlərə qarşı yönəlmiş bir antiterror əməliyyatı idi”.

“Cəmi bir gün ərzində 200 illik planın üzərindən xətt çəkildi”

Politoloq xatırladır ki, bu coğrafiyaya təzyiq mexanizmi yaratmaq məqsədilə XIX əsrin 20-ci illərindən başlayaraq, xüsusilə 1828-ci ildən sonra Pyotrun əmri ilə ermənilərin köçürülməsi prosesi və gec partlayan minaların yerləşdirilməsi davam edib. 2023-cü ilin sentyabrında, cəmi bir gün ərzində 200 illik planın üzərindən xətt çəkildi və bütün ərazilərdə Azərbaycan dövlətinin suveren qanunları bərqərar oldu.

Analitik onu da vurğulayır ki, burada hökm qlobal güclər və onların əlaltısı olan separat rejimlərin deyil, Azərbaycan dövlətinindir. Suverenlik azad və müstəqil iradə deməkdir: istər daxili, istər xarici siyasətdə azad və müstəqil qərar vermək imkanıdır.

“Suveren olmayanlar kölgədirlər”

O, həmçinin əlavə edir ki, suverenlik yalnız dövlətlə bağlı deyil, həm də insan şüuru ilə əlaqəlidir. Azad olmayan bir insan müstəqil siyasi iradəyə malik ola bilməz. Suveren olmayanlar kölgədirlər, onlar başqasının fikirlərinin ifadəçisidir. 2023-cü ilin 20 sentyabrından sonra Azərbaycan artıq qərarlarında kiminsə geosiyasi maraqlarını nəzərə almaq məcburiyyətini geridə qoyub.

“Bu gün Rusiya təbliğatında azərbaycanlılara rus olmaq, yəni kölə olmaq təlqin edilir. Azərbaycanlını Rusiyada özündən çıxarıb rus etmək, onu kölə və kölgə etmək deməkdir. Gənclər bunu anladığı zaman əsl suverenliyin nə olduğunu başa düşəcəklər. Media bu istiqamətdə mühüm rol oynayır. Mediada çox məsələlər mahiyyət üzrə müzakirə predmetinə çevrilmir. Doğru gündəm və mövzular ortalığa qoyulmur. Bu, medianın böyük problemlərindən biridir. Bu günün mahiyyəti antiterror əməliyyatının ildönümünə yaxınlaşdıqca aktuallıq qazanır. Lakin bunu təkcə bayram kimi qeyd etmək primitivlikdir. Bu, olduqca böyük bir anlayışdır”, - deyə Natiq Miri fikirlərini yekunlaşdırıb.

Jalə Rövşən/ Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər