ABŞ və İsrailə qarşı “ÇİN SƏDDİ”: Müharibənin gizli oyunçusu

ABŞ və İsrailə qarşı “ÇİN SƏDDİ”: Müharibənin gizli oyunçusu
31.03.2026 13:42 Təhlil

Xarici mediada yayılan məlumatlara görə, İran ABŞ ilə istənilən danışıqlarda Çinin zəmanətini tələb edib. Bundan öncə isə  Çin ABŞ və İran arasında sülh danışıqlarının başlanması üçün uyğun şəraitin formalaşdırılmasına çağırış etmişdi.

Maraqlıdır, Çin  ABŞ, İsrail və İran müharibəsində hansı yerdə dayanır?  

Mövzunu politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.   


O bildirib ki, İran ABŞ-dən Çinin zəmanətini tələb edir, çünki hazırda Çin dünyanın əsas aparıcı oyunçularından biridir:   

"Şübhəsiz ki, Çinin İranda böyük maraqları mövcuddur. Çin İrana milyardlarla sərmayə yatırıb, o cümlədən Bəndər-Abbas limanına sərmayə qoyub. Bundan əlavə, İranın əsas neft alıcısı da Çindir. Hörmüz boğazından keçən əsas tankerlər Çinə məxsus neft tankerləridir, yəni İrandan ixrac olunan neftin böyük hissəsi Çinə gedir". 

Analitik hesab edir ki, ABŞ-nin Çinlə münasibətlərin pisləşməsini istəmədiyini İran yaxşı bilir:  

"Əgər Çin bir güc olaraq ABŞ-dən  zəmanət alarsa, bu gələcəkdə İran üçün böyük əhəmiyyət daşıya bilər. Çünki söhbət Çinin İrana yatırdığı böyük sərmayələrdən gedir. Çin bu münaqişənin mərkəzində gözəgörünməz şəkildə iştirak edir. İlk baxışdan aktiv şəkildə münaqişəyə qarışmadığı görünə bilər, amma heç kəsdə şübhə yaratmır ki, keçən il 12 günlük müharibədən – İsrail, Amerika və İran qarşıdurmasından – sonra İranın silah ehtiyatlarını artırmasında, yeni hava hücumundan müdafiə sistemlərini modernləşdirməsində Çinin müstəsna rolu olub".

Şakir Ağayevin qənaətincə, Çin üçün əsas prioritet müharibənin başa çatmasıdır: 


"Həm iqtisadi, həm siyasi, həm də logistik baxımdan İran rejiminin mövcudluğu və ABŞ-nin tam nəzarətinə keçməməsi Çin üçün çox əhəmiyyətlidir, hətta həyati əhəmiyyət daşıyır. Burada söhbət yalnız enerji resurslarından getmir; Hörmüz boğazı və gələcəkdə Çinin "Bir kəmər, bir yol" layihəsinin taleyi də müzakirə mövzusudur. Yəni logistik maraqlar əsas rol oynayır. Buna görə də, baxmayaraq ki, ilk baxışda Çin aktiv görünmür, əslində Çin münaqişənin ortasındadır və sözsüz ki, İran tərəfini dəstəkləyir. Çin üçün müharibənin başa çatması və İranın məğlub olmaması vacibdir”.   

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 All News