ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı

ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı
27.07.2026 16:07 Təhlil

İki həftəlik intensiv hərbi əməliyyatlardan sonra ABŞ İrana qarşı hücumlarını ardıcıl ikinci gündür dayandırıb, Tehran isə regionda ABŞ qüvvələrinə qarşı cavab hücumlarının dayandırıldığını elan edib.

Ağ Evin məlumatına görə, Prezident Donald Tramp İrana qarşı daha genişmiqyaslı hərbi kampaniya planlarını təxirə salıb və bunun əvəzinə Oman və Pakistanın rəhbərlik etdiyi vasitəçilik səyləri çərçivəsində diplomatiyaya daha bir fürsət verməyi seçib.

Lakin ABŞ-nin nüfuzlu media orqanlarına göz gəzdirəndə fərqli mənzərə ilə qarşılaşırıq.  Məlumatlara görə, iki həftəlik hava kampaniyası nəzərdə tutulan strateji məqsədlərə tam çata bilməyib və ABŞ ordusunu böyük həcmdə bahalı, dəqiq idarə olunan sursatlardan, xüsusilə raketdən müdafiə sistemlərinin tutucu raketlərindən istifadə etməyə məcbur edib.

Ehtiyatlar azaldıqca, Amerika hərbi komandanlığının hansı təhdidlərə qarşı resurslardan istifadə edəcəyini daha seçici şəkildə müəyyənləşdirmək məcburiyyətində qaldığı bildirilir.

Məlumatlarda  iddia edilir ki, vitse-prezident J.D. Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Prezident Donald Trampa hər hansı genişmiqyaslı eskalasiyanın ABŞ-nin raketdən müdafiə imkanlarına ciddi təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Sursat ehtiyatlarının mövcudluğu və uzunmüddətli hərbi hazırlıqla bağlı artan narahatlıqlar fonunda administrasiyanın diqqətini yenidən diplomatiyaya yönəldərək daha genişmiqyaslı hücum planlarını məhdudlaşdırdığı bildirilir.

Əgər bu qiymətləndirmələr Vaşinqtonun daxili hesablamalarını düzgün əks etdirirsə, əməliyyatlara verilən fasilə təkcə diplomatik mülahizələrdən qaynaqlanmır deməkdir. Buna həm də uzunmüddətli, yüksək intensivlikli hərbi kampaniyanın davam etdirilməsi reallıqları səbəb ola bilər. 

Jalə Rövşən 

NEWS FEED
27 JULY 2026
Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 All News