"10 il döyüşməyə hazırıq!" - Tehran bütün təklifləri RƏDD EDİR...

"10 il döyüşməyə hazırıq!" - Tehran bütün təklifləri RƏDD EDİR...
10.03.2026 16:53 Təhlil

İran Rusiya, Fransa və Çinin atəşkəs təklifini rədd edib. Bunun üçün bəzi tələblər irəli sürüb. 

Şərtlərdən biri ilkin olaraq ölkəyə yenidən təcavüz olunmaması ilə bağlıdır. Tərəflər kompramisə getmir. İran isə ABŞ ilə danışıqları da rədd edir. 

Bəs atəşkəs üçün əlavə şərtlərin qoyulması münaqişənin həll prosesinə necə təsir edə bilər?  

Sözügedən məsələni politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib.  


Analitik qeyd edib ki, iranlı generallardan biri İranın 10 illik müharibəyə hazır olduğunu bildirib:  

“Ola bilsin ki, məhz bu cür mesajlar və açıqlamalar rəsmi Tehranın yeni siyasi kursunun əsasını təşkil edir. Burada əsas məsələ İranın ABŞ-nin təzyiqlərinə qarşı yeni müqavimət modeli tapmaq cəhdləridir. İran böyük ehtimalla növbəti dəfə ABŞ ilə danışıqlar masasına məğlub tərəf və ya şərtləri qəbul etməli olan tərəf kimi əyləşmək istəmir. Danışıqlar masasına oturmazdan əvvəl bərabər bir balans yaratmağa çalışır. İranda hesab edirlər ki, əgər müharibə baş veribsə və İran tam məğlub edilməyibsə, bu, ABŞ-nin  şərtlərinin qəbul olunması deyil, İranın da ABŞ-yə müəyyən şərtlər irəli sürməsi ilə nəticələnməlidir. Rəsmi Tehran bu baxımdan situasiyanın və siyasi balansın yaradılmasına çalışır”. 

Ekspertin qənaətincə, bu səbəbdən ilkin mərhələdə Fransa, Rusiya və Çinin təklif etdiyi sülh danışıqlarını rədd edir və İran üçün müəyyən təminatlar tələb edir. Bu təminatlar ABŞ-nin İranın tələblərinə necə reaksiya verəcəyini müəyyən edəcək və böyük ehtimalla gələcək proseslərin inkişaf istiqamətini formalaşdıracaq.

Politoloq sonda vurğulayıb ki, hazırkı mərhələdə kompromis ehtimalları o qədər də yüksək görünmür: 

"Çünki Prezident Tramp bəyan edib ki, İranla heç bir razılaşma olmayacaq və İran qeyd-şərtsiz təslim olmalıdır; əks halda müharibə davam edə bilər. Eyni zamanda, bir müddət əvvəl ABŞ İranla müharibənin bitdiyini də bəyan edib. Burada əsas məsələ Trampın və ABŞ-nin tutacağı mövqe olub, bu da İran savaşının gələcək istiqamətini böyük ölçüdə müəyyən edəcək".  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News