Trampın siyasəti Rusiyanın möhkəmlənməsinə xidmət edir - Politoloq

Trampın siyasəti Rusiyanın möhkəmlənməsinə xidmət edir - Politoloq
15.01.2026 15:43 Təhlil

“Qlobal təcrid olunmuşlar alyansı” zəifləyir. Xarici KİV-in məlumatına görə, Suriyada Bəşər Əsəd və Venesuelada Nikolas Maduro rejimlərinin devrilməsi Moskvanın uzun illər dəstək verdiyi müttəfiqlər blokunun tədricən dağılmasını göstərir, amma Kremlin prioriteti Donald Trampla münasibətləri yaxşılaşdırmaqdır.

Maraqlıdır, Kreml xarici siyasətdəki uğursuzluqlarını kompensasiya etmək üçün hansı strateji addımları atacaq və bu, beynəlxalq münasibətlərdə onun mövqeyinə necə təsir edəcək? 


Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Rusiyanın Ukraynadakı qazancı  təskinlikdir:

"Bəşər Əsədin Suriyada hakimiyyətinə son qoyulması Rusiyanın xarici siyasətdə uğursuzluğu sayıla bilər. Ancaq bu, onun Ukraynada əldə etdiyi ərazilər nəticəsində mümkün oldu. Yəni Rusiya Ukraynada müharibəni başlayarkən anlamalı idi ki, onun müəyyən bölgələrdə nüfuzu və gücü azalacaq".

Ekspert qeyd edib ki, Rusiyanın Ukraynada qazandıqları Suriyada itirdiklərindən daha çoxdur:

"Ən azı Rusiya özünə belə bir təskinlik verə bilər. Venesuelada baş verən hadisələr isə ola bilsin ki, Rusiyanın gələcək addımlarına bəhanə yaratsın. Ümumiyyətlə, Trampın yeritdiyi siyasət Rusiyanın əlini zəiflətmir, əksinə gücləndirir. Amerika Birləşmiş Ştatlarında qəbul olunan milli təhlükəsizlik strategiyasında açıq şəkildə yazılıb ki, ABŞ Qərb yarımkürəsini öz əsas təsir zonası hesab edir və digər ərazilərdə də başqa dövlətlərin təsir zonalarını nəzərə almasını mümkün sayır. Həmin strategiyadan çıxan nəticə budur".

Onun sözlərinə görə, Maduronun həbsi və Qrenlandiyanın ələ keçirilməsinə cəhd göstərilməsi Rusiyanın əl-qolunu açır. Ola bilsin ki, Rusiya keçmiş Sovetlər İttifaqının ən azı böyük bir hissəsini öz təsir zonası elan edəcək. Yaxud hansısa ölkədə ABŞ Venesuelada etdiyi kimi hakimiyyət dəyişikliyi etməyə cəhd göstərəcək və bunun üçün artıq əlində kifayət qədər bəhanə olacaq.

A.Səmədov diqqətə çatdırıb ki, NATO-nun zəifləməsi və ABŞ siyasəti Rusiyanın uğuru hesab olunur:

"Eyni zamanda, NATO-nun zəifləməsi Rusiyanın uğurlarından biridir. ABŞ ilə Avropa arasındakı mövcud vəziyyət də Rusiyanın uğuru kimi qiymətləndirilməlidir. Milli təhlükəsizlik strategiyasında açıq şəkildə yazılıb ki, ABŞ NATO-nun genişlənməsinin əleyhinədir. Rusiyanın tələblərindən biri həmişə bu olub və bu da onun uğuru sayılmalıdır. Trampın son bəyanatı və sülh sazişinin imzalanmasında Ukraynanı günahkar sayması da Rusiyanın uğuru kimi dəyərləndirilə bilər".

Analitikin fikrincə, Rusiyanın mövqeyi güclənə bilər:

"Bundan sonra hansı addımlar atıla bilər? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) möhkəmlənməsi NATO-nun zəifləməsi fonunda, BRICS-in güclənməsi… Əgər Rusiya bu istiqamətlərdə uğurlara nail ola bilsə, təbii ki, beynəlxalq münasibətlərdə mövqeyi daha da güclənəcək".

Şərhçi sonda vurğulayıb ki, bütövlükdə, indiki şəraitdə Rusiyanın beynəlxalq nüfuzunun azalması görüntüsü varsa, mən hesab edirəm ki, bu dəyişə bilən bir vəziyyətdir. Təəssüf ki, Trampın siyasəti Rusiyanın möhkəmlənməsinə xidmət edir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər