Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu

Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu
14.08.2026 14:05 Araşdırma

1903-cü ildə Şərqi Londonun Bou rayonunda yerləşən "Bryant and May" kibrit fabrikində çəkilmiş bir fotoşəkil bu gün də sənaye tarixinin ən ağır görüntülərindən biri hesab olunur.

Fotodakı gənc qadınlar adi fabrik işçiləri kimi görünür. Amma onların üzlərində həmin dövrün təhlükəli əmək şəraitinin izləri var.

Bu qadınların işlədiyi sahədə kibrit istehsalında ağ fosfordan istifadə olunurdu. Ağ fosforla uzun müddət təmasda olmaq işçilərdə “fosfor çənəsi” kimi tanınan ağır xəstəliyə səbəb ola bilirdi. Xəstəlik dişlərdən və diş ətlərindən başlayır, daha sonra çənə sümüyünə qədər yayıla bilirdi. Ağır hallarda sümük toxuması ölür və ciddi cərrahi müdaxilə tələb olunurdu. 

Amma problem təkcə xəstəlik deyildi. Zavodlarda çalışan qadınların əmək şəraiti də olduqca ağır idi. İşçilər uzun saatlar işləyir, aşağı maaş alır və sərt qaydalarla üzləşirdilər.

1888-ci ildə "Bryant and May" fabrikində çalışan qadınlar bu vəziyyətə etiraz etdilər. Onların tətili Britaniyada əmək hüquqları tarixinin ən çox xatırlanan hadisələrindən birinə çevrildi. Tətilin tanınmış simalarından biri Sara Çepmen idi.

Qızların və qadın işçilərin etirazı cəmiyyətin diqqətini kibrit fabriklərindəki vəziyyətə yönəltdi. Onların mübarizəsi nəticəsində əmək şəraiti ilə bağlı məsələlər daha geniş müzakirə olunmağa başladı.

Lakin ağ fosforun istifadəsinin tamamilə dayandırılması üçün daha uzun müddət lazım gəldi.

1908-ci ildə Britaniya Parlamenti ağ fosforlu kibritlərin istehsalını və idxalını qadağan edən qanunu qəbul etdi. Parlament müzakirələrində məqsədlərdən biri də kibrit istehsalçıları arasında “fosfor çənəsi” xəstəliyinin qarşısını almaq kimi açıq şəkildə qeyd olunurdu. 

Beləliklə, bir qrup gənc qadının fabrikdə başladığı etiraz daha böyük əmək mübarizəsinin bir hissəsinə çevrildi.

Onlar siyasətçi deyildilər. Böyük imkanları da yox idi...

Bu gün həmin fotoşəkilə baxanda ən çox diqqət çəkən də budur: bir əsrdən artıq əvvəl çəkilmiş bu görüntü bizə əmək hüquqlarının hazır vəziyyətdə yaranmadığını xatırladır. Bu hüquqların arxasında fabriklərdə çalışan və öz səslərini eşitdirməyə çalışan insanların mübarizəsi var. 

Jalə Rövşən 

PHOTOS

Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu — 1
Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi  əmək qanunlarının təməlini qoydu — 2
NEWS FEED
14 AUGUST 2026
Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 All News