APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu!
“Opta” superkompüteri İngiltərə Premyer Liqasının (APL) 2026/2027-ci illər mövsümündə çempionluğa əsas namizədləri müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat yayıb.
Superkompüterin hesablamalarına görə, İngiltərə çempionu olmaq üçün ən yüksək şans “Arsenal”a məxsusdur. London təmsilçisinin çempionluq ehtimalı 38 faiz qiymətləndirilib.
Komandaların çempionluq şansları belədir:
1. “Arsenal” – 38%
2. “Mançester Siti” – 20,5%
3. “Liverpul” – 9,2%
4. “Mançester Yunayted” – 6,2%
5. “Aston Villa” – 4,8%
6. “Çelsi” – 4,1%
7. “Tottenhem” – 2,9%
Qeyd edək ki, İngiltərənin son çempionu “Arsenal”dır. Komanda 2025/2026-cı illər mövsümündə 38 oyunda 85 xal toplayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Mançester Siti” 78 xalla ikinci, “Mançester Yunayted” isə 71 xalla üçüncü olub.
Namiq HUN
TodayPress TV