Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”

Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!”
14.08.2026 15:56 İdman

Keçmiş UFC döyüşçüsü Brendan Şaub hazırda yarımorta çəki divizionunun UFC çempionu olan İslam Mahaçevin təşkilat tarixinin ən böyük döyüşçülərindən biri hesab edilməsinə qarşı çıxıb.

TodayPress TV xəbər verir ki, Şaub fikrini Mahaçevin qələbə qazandığı rəqiblərin səviyyəsi ilə əsaslandırıb.

“Onun rekorduna əsasən, onu ən böyük döyüşçü adlandırmaq çətin olardı. Mən İslamın düşməni deyiləm, sadəcə qələbə siyahısına nəzər salaq. Yarımorta çəkidə ilk qələbəsi Cey-Di Della Maddalena üzərində oldu. Hazırda Della Maddalenanın vəziyyəti necədir? İslam 2024-cü ildə Renato Moykano və Dastin Puaryeni məğlub etdi. Daha sonra Aleksandr Volkanovski ilə döyüşdü. O, əslində yüngül çəkinin təbii nümayəndəsi deyildi və ilk döyüşdə İslam müəyyən çətinliklər yaşadı”, – Şaub bildirib.

Keçmiş döyüşçü Çarlz Oliveyranı Mahaçevin ən yaxşı qələbəsi hesab etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu qələbənin 2022-ci ildə əldə edilməsi də nəzərə alınmalıdır.

Şaub Mahaçevin rəqiblərinin səviyyəsini kifayət qədər yüksək hesab etmədiyini bildirib: 

“Mən onu ilk 10-luğa daxil etmirəm. Mən İslamı tənqid etmək üçün danışmıram, sadəcə rəqiblərinin səviyyəsi kifayət qədər yüksək olmayıb. Onun qələbə siyahısı çox zəifdir. Bu, Həbib üçün də problemdir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı 16:19 Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı 15:53 ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi 15:42 Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib 15:37 Gənc badmintonçular Bakıda bir araya gəldi: böyük mübarizə başladı! 16:33 Moskva Vaşinqtondan izahat istəyir: “Cavab gözləyəcəyik” 15:27 Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Bütün Xəbərlər