Oktyabrda zəhərlənmə halları artdı: 4 ölüm qeydə alındı

Oktyabrda zəhərlənmə halları artdı: 4 ölüm qeydə alındı
05.11.2025 10:05 Sosial

Oktyabrda zəhərlənmə səbəbilə 98 nəfər xəstəxanaya yerləşdirildi

TodayPress TV xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

2025-ci ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Mərkəzin məlumatına görə, pasiyentlərə ixtisaslaşmış toksikoloji, reanimasion yardım, intensiv terapiya və detoksikasiya tədbirləri göstərilib. Müalicə nəticəsində 94 nəfərin vəziyyəti stabilləşib və onlar evə buraxılıb.

Zəhərlənmə səbəbləri üzrə bölgü belədir:

– dərman preparatları – 44 nəfər

– sirkə turşusu – 30 nəfər

– spirtli içkilər – 5 nəfər

– ilan sancması – 5 nəfər

– allergik reaksiyalar – 3 nəfər

– yandırıcı məhlullar – 2 nəfər

– fosfor üzvi birləşmələri – 1 nəfər

– anafilaktik şok – 5 nəfər

– dəm qazı – 3 nəfər

Aparılan intensiv müalicəyə baxmayaraq, təəssüf ki, 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri ağır anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu göstərilib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 All News