24 min nəfərə birdəfəlik yardım göstərilib - STATİSTİKA

24 min nəfərə birdəfəlik yardım göstərilib - STATİSTİKA
19.01.2026 11:26 Sosial

“Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvləri də daxil olmaqla, ümumilikdə 17 mindən çox imtiyazlı şəxs müxtəlif növ vəsiqələrlə təmin edilib, həssas əhali qruplarına isə birdəfəlik maddi yardımlar göstərilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 2092 nəfər şəhid ailəsi üzvü üçün vəsiqə çap edilərək Agentliyin filialları və DOST mərkəzləri vasitəsilə təqdim olunub. Ümumilikdə isə 17 168 vəsiqə müxtəlif kateqoriyadan olan imtiyazlı şəxslərə verilib.

Vüqar Behbudov bildirib ki, Agentlik tərəfindən əmək veteranı vəsiqələrinin verilməsi də həyata keçirilir. Əmək veteranı adı və vəsiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara təqdim edilir. Bu kateqoriya üzrə 2025-ci ildə 245 nəfərə əmək veteranı adı və vəsiqəsi verilib.

İdarə Heyətinin sədri qeyd edib ki, həssas əhali qruplarına dəstək məqsədilə icra olunan sosial təşəbbüslər çərçivəsində 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə müvafiq kateqoriyadan olan şəxslərə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu yardım orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə I dərəcə əlilliyi olan şəxsləri, əlilliyi olan uşaqları və əlilliyi olan tənha ahılları əhatə etməklə, respublika üzrə 24 min imtiyazlı şəxsə təqdim olunub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 Bütün Xəbərlər