Tibb işçilərinə yeni tələblər: İmtahansız sertifikat olmayacaq

Tibb işçilərinə yeni tələblər: İmtahansız sertifikat olmayacaq
10.12.2025 17:19 Sağlamlıq

"Davamlı peşəkar inkişafın təmin edilməsi ilk növbədə həkimin öz məsuliyyətidir, iş yeri isə buna lazımi şərait yaratmalıdır".

TodayPress TV xəbər verir ki, bunu Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova deyib.


Onun sözlərinə görə, tibb işçilərinin bilik və bacarıqlarını yeniləməsi, konfrans, seminar və kurslarda iştirakı həm peşəkar inkişaf, həm də xəstə təhlükəsizliyi baxımından zəruridir. Bunun üçün iş yeri və rəhbərliklə qarşılıqlı anlaşma vacibdir:

"Əgər həkim və ya digər tibb mütəxəssisi hər hansı təlimə və ya kursa qatılmaq istəyirsə, bunu əvvəlcədən baş həkimlə müzakirə etməlidir. Peşəkar inkişaf təsadüfi şəkildə deyil, planlı şəkildə həyata keçirilməlidir. Bu həm iş prosesinin təşkili, həm də personalın keyfiyyət göstəricilərinin yaxşılaşdırılması baxımından önəmlidir".

Şöbə müdiri vurğulayıb ki, davamlı tibbi təhsil təkcə sertifikasiya tələbi deyil, eyni zamanda tibb işçisinin öz peşəsinə və xəstələrinə qarşı göstərdiyi məsuliyyətin bir göstəricisidir.

O həmçinin əlavə edib ki, son beş il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən, yəni bu müddətdə faktiki olaraq işləməyən həm ali, həm də orta ixtisas təhsilli tibb mütəxəssisləri yenidən sertifikat almaq üçün mütləq sertifikasiya imtahanından keçməlidirlər.

"Bu tələbin tətbiqi səhiyyə sistemində peşəkarlığın artırılmasına, mütəxəssislərin bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Yeni qaydalara əsasən, peşə fəaliyyətində uzunmüddətli fasilə vermiş şəxslər yalnız imtahandan uğurla keçdikdən sonra sertifikat əldə edərək işə davam edə biləcəklər".

Şərafət İsmayılova sonda qeyd edib ki, bu dəyişiklik tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və tibb işçilərinin daim yenilənən biliklərlə fəaliyyət göstərməsi məqsədi daşıyır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 All News