Professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

Professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi
21.11.2025 10:27 Sağlamlıq

TƏBİB-in dəstəyi ilə alim və plastik–rekonstruktiv cərrah, professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə TƏBİB-dən TodayPress TV-yə verilən məlumata görə, tədbirdə tanınmış elm xadimləri, tibb mütəxəssisləri, ictimaiyyət nümayəndələri və professorun tələbələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə onun həyat və elmi fəaliyyətini əks etdirən xatirə filmini izləyiblər.

Daha sonra Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, professorun fəaliyyəti Azərbaycan və Türkiyə arasında tibb sahəsində əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib və bu əməkdaşlıq bu gün də uğurla davam edir:

"Onun təşəbbüsləri, bilik mübadiləsinə yaratdığı imkanlar və tədris sahəsində dəstəyi iki qardaş ölkənin tibb ictimaiyyətini daha da yaxınlaşdırıb. Professorun irsi həkimlik peşəsinə sədaqətin və insanlara xidmət məsuliyyətinin ən parlaq nümunələrindən biridir."

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, professorun həm elmi irsi, həm də həkimlik məktəbi bu gün də aktualdır və yeni nəsil mütəxəssislər üçün etibarlı istinad mənbəyidir:

"Professor İbrahim Yıldırım plastik və rekonstruktiv cərrahiyyə sahəsində yüksək peşəkarlığı, elmi araşdırmaları və yetişdirdiyi tələbələri ilə böyük nüfuz qazanmış alimdir. Onun Azərbaycan üçün xidmətləri xüsusilə qeyd olunmalıdır. Çətin dövrlərdə ölkəmizdə fəaliyyət göstərərək çoxsaylı əməliyyatlar həyata keçirib, tibb ictimaiyyətinə dəstək verib və yüzlərlə insanın həyatına ümid olub".

Tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Misir Mərdanov, Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi Büngür Sönmez, Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri Sabir Əliyev, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, Türkiyənin Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev və digər tanınmış şəxslər çıxış edərək İbrahim Yıldırımın Azərbaycan və Türkiyə tibb ictimaiyyəti üçün əhəmiyyətindən danışıblar.

Mərasimin sonunda professorun həyat yoldaşı Semra Fügen Orkun (Yıldırım) çıxış edərək onun insan kimi, elm adamı kimi daşıdığı dəyərləri və bu dəyərlərin yaşadılmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrə ixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlarda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər