Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır

Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır
19.08.2026 12:43 Sağlamlıq

Qəhvənin tərkibindəki bioloji aktiv maddələr əzələ sağlamlığını qorumağa kömək edə bilər.

TodayPress TV xəbər verir ki, ispaniyalı alimlər 54 tədqiqatın təhlili nəticəsində qəhvənin tərkibindəki bioloji aktiv maddələrin skelet əzələlərinin sağlamlığını qorumağa və yaşla əlaqədar əzələ kütləsi və gücünün itirilməsi riskini azaltmağa kömək edə biləcəyi qənaətinə gəliblər.

Araşdırmanın icmalı Food & Function jurnalında dərc olunub.

Tədqiqatçılar laboratoriya təcrübələrinin, heyvanlar üzərində aparılan işlərin və insanların iştirakı ilə keçirilmiş araşdırmaların məlumatlarını təhlil ediblər. Onlar xüsusilə qəhvənin tərkibində olan kofein, polifenollar, triqonellin və digər birləşmələrə diqqət yetiriblər.

Klinikayaqədərki təcrübələrin əksəriyyəti göstərib ki, bu maddələr enerji istehsalına cavabdeh olan hüceyrə strukturları – mitoxondrilərin fəaliyyətini yaxşılaşdıra bilər. Bundan əlavə, onlar iltihabı və oksidləşdirici stresi azalda, həmçinin əzələ toxumasında qlükoza və yağ mübadiləsinə təsir göstərə bilər. Bütün bu proseslər əzələlərin gücünün və dözümlülüyünün qorunması ilə əlaqəlidir.

İnsanların iştirakı ilə aparılan müşahidə xarakterli tədqiqatların nəticələri də qəhvə istehlakı ilə sarkopeniya – yaşla əlaqədar əzələ kütləsi və gücünün azalması – ehtimalının daha aşağı olması arasında mümkün əlaqəyə işarə edir. Qəhvə sevənlərdə yaşlılıqla bağlı zəiflik sindromuna da daha az rast gəlinib.

Bununla belə, müəlliflər vurğulayırlar ki, qəhvəni hələlik yaşla əlaqədar əzələ itkisinin qarşısının alınması üçün sübut edilmiş vasitə hesab etmək olmaz. İcmal potensial faydalı mexanizmləri və statistik əlaqələri göstərir, lakin qəhvənin insanlarda birbaşa əzələ kütləsini artırdığını və ya fiziki funksiyanı yaxşılaşdırdığını təsdiqləyən inandırıcı sübutlar hələ kifayət deyil.

Bundan əvvəl Rusiyada təhlükəli akrilamid və kofein olmadan qəhvə əldə etməyin üsulu tapılıb.

Qiymət Mahir

NEWS FEED
19 AUGUST 2026
Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 All News